ERMƏNİSTAN QARABAĞDAN DAHA 183 HƏRBÇİSİNİ ÇIXARDI - Azərbaycanın sərhəd boyu hərəkətliliyi və diplomatik təzyiqləri ilkin nəticəsini verir
ELXAN ŞÜKÜRLÜNÜN ŞƏRHİ

Azərbaycanın həm Qarabağda, həm də Ermənistanla bütün sərhədlər boyu artırdığı hərbi hərəkətlilik, eyni zamanda ona paralel aparılan diplomatik təzyiqlər artıq ilkin nəticəsini verməyə başlayıb: Paşinyan hökuməti Qarabağdakı separatçı silahlı birləşmələrinin təmsilçilərini hissə-hissə, müxtəlif adlar altında ərazidən çıxarmağa başlayıb!

 

Yayılan məlumata görə, təkcə bu gün 183 nəfər Laçın SBM-dən Ermənistana keçib və bu foto da həmin vaxt çəkilib.

 

Xatırladaq ki, sentyabrın 17-də İrəvanda Ağsaqqallar Şurasına seçkilər keçiriləcək və ən çox əhalinin yaşadığı İrəvanda şəhər rəhbərliyinə öz adamını gətirə bilmək həm Paşinyan, həm də onun müxalifləri, əsasən də rusların Qarabağa yerləşdirdiyi Vardanyan üçün gələcək siyasi mübarizədə xüsusi əhəmiyyət daşıyır.

 

Belə bir ərəfədə Paşinyan onun müxaliflərinin sosial-siyasi bazası kimi çıxış edəcək separatçı birləşmələrin kütləvi şəkildə Ermənistana keçidində maraqlı olmasa da, görünür, Azərbaycanın təzyiqlərinin hər an hərbi əməliyyatlara çevriləcəyi riskini nəzərə alır və bu prosesi tədrici həyata keçirməyə razılaşmaqdan başqa çarəsi qalmayıb. 

 

Məlumat üçün bildirək ki, Azərbaycan dünən sülh müqaviləsi üçün də öz şərtlərini bir daha rəsmi İrəvana çatdırıb və Ermənistan XİN yeni şərtləri aldıqlarını təsdiqləyib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.