“Bütün nazirlərdən “aylıq” alanlar var idi” – KEÇMİŞ BAŞ NAZİRDƏN ŞOK ETİRAF-AÇIQLAMALAR
ONUN QARŞISINDA KİMLƏR DİZ ÇÖKÜB?

Dörd il əvvəl Baş nazir postundan gedən Novruz Məmmədov “R TV” internet kanalının baş redaktoru Tural Müseyibova  müsahibə verib. 

 

Senzor.az xatırladır ki, N. Məmmədov 2018-2019-cu illərdə Baş nazir vəzifəsində çalışıb. 2019-cu ildə Azərbaycan Dillər Universitetinin Elmi işlər üzrə prorektoru təyin olunub.

 

O, müsahibəsində vəzifədə olduğu illərlə, çalışdığı qurumla bağlı maraqlı açıqlamalar verib, müəyyən etiraflar edib.

 

Heç bir zaman vəzifə xiffəti çəkmədiyini, təklif olunan vəzifələrdən dəfələrlə imtina ediyini deyən N. Məmmədov qeyd edib ki, vəzifədə olduğu müddətdə qarşısında diz çöküb onunla əlaqə qurmaq istəyənlər olub: “Mən vəzifədə olanda, hətta qarşımda diz çöküb mənimlə əlaqə qurmaq istəyənlər olub. Onlardan bəziləri indi də vəzifədədirlər. Mənə “xahişə gələnlər” az idi, çünki bilirdilər ki, elə işlərlə məşğul olmuram. Pul müqabilində “müxtəlif işlər” görənləri işdən çıxarmışdım”.

 

Novruz Məmmədov vurğulayıb ki, bütün nazirlərdən “aylıq” alanlar var imiş: “Öyrənmişdim ki, bütün nazirlərin üzərinə “haqq” qoymuşdular. Mən vəzifəyə gələndən sonra bu işlərlə məşğul olan 1-2 nəfərə dedim ya özünüz ərizənizi yazın çıxın, ya da mən cəzalandırıb çıxaracağam. Sakit gəlib ərizələrini yazıb çıxdılar”.

 

N.Məmmədov indiki Baş nazirlə, dostları, ailə üzvləri, yaşam tərzi, dolanışığı, siyasi proseslərlə əlaqədar  niyə şərhlər verməməsi barədə sualları da cavablandırıb. 

 

Daha ətraflı videoda: 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.