Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.
Senzor.az bildirir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Dövlət başçıları Azərbaycanın Qarabağ bölgəsində həyata keçirdiyi antiterror tədbirlərinin nəticələrini müzakirə ediblər.
Prezident Ərdoğan Türkiyənin Azərbaycana hərtərəfli dəstəyini bir daha ifadə edib.
Liderlər iki ölkəni yaxından maraqlandıran regional məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.