Mehriban Əliyeva Qənirə Paşayeva ilə bağlı tapşırıq verdi - YENİLƏNİB

Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən millət vəkili Qənirə Paşayevanın müalicəsi ilə bağlı bütün zəruri tədbirlər görülür.

 

Bunu “Qafqazinfo”ya millət vəkilinin qardaşı Hüseyn Paşayev deyib.

 

Onun sözlərinə görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, millət vəkilinin müalicəsi ilə bağlı məsələlər Fond tərəfindən nəzarətə götürülüb: “Bu gün səhər saatlarında Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov xəstəxanada olub. Heydər Əliyev Fondunun əməkdaşları xəstəxana ilə müntəzəm əlaqədədir və millət vəkilinin müalicəsi üzrə bütün zəruri dəstək və tədbirlər görülür”.

 

**12:14


Milli Məclisin üzvü, komitə sədri Qənirə Paşayevanın səhhətində ciddi problem yaranıb.

 

“Qafqazinfo”nun məlumatına görə, millət vəkili komaya düşüb və hazırda Mərkəzi Klinikada süni tənəffüs aparatına qoşulub.

 

Onun müayinə və müalicəsi üçün Türkiyədən də həkimlər dəvət olunub. 

 

İlkin məlumata görə, Qənirə Paşayevanın səhhətində yaranan problem pəhrizə bağlı qəbul etdiyi dərmanlara görədir.

 

Senzor.az xatırladır ki, Qənirə Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya və Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültələrini bitirib.  Azərbaycan Respublikası III, IV, V və VI çağırış Milli Məclisinin deputatıdır. Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.