
"Biz bu tarixi şansdan istifadə etmək istəyirik".
Senzor.az bildirir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan yerli İctimai Televiziyada bəyan edib.
O, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Qranada görüşündə sülh sazişinin imzalanmasının mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib: "Biz çox istərdik ki, bu, Qranadada olsun. Əbədi müharibə heç kimə lazım deyil. Biz sülh sazişinin imzalanmasına hazırıq".
Xatırladaq ki, oktyabrın 5-də Azərbaycan və Ermənistan liderlərinin İspaniyanın Qranada şəhərində görüşəcəkləri barədə məlumat yayılıb.
Məlumatda o da qeyd olunub ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev həmin görüşə və aparılacaq danışıqlara hazırlıq məqsədilə sentyabrın 26-da Brüsseldə bir araya gələcəklər.
Senzor.az