ABŞ Qarabağdakı vəziyyətə nəzarət etmək üçün plan qurur
BEYNƏLXALQ MİSSİYA YARADILMASINI İSTƏYİR

ABŞ Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə olunması üçün bütün dəstəyini davam etdirir.

 

Senzor.az news.am-a istinadən bildirir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller deyib. 

 

Onun sözlərinə görə, ABŞ Qarabağdakı vəziyyətə nəzarət edəcək beynəlxalq missiya yaratmağı təklif edir.

 

“Hesab edirik ki, Qarabağda şəffaflığı, sakinlərin təhlükəsizliyini və əmin-amanlığını təmin edəcək beynəlxalq missiya yaradılmalıdır”, - Miller deyib. 

 

O əlavə edib ki, hazırda təşəbbüslə bağlı aktiv müzakirələr aparılır və ABŞ onun üzərində müttəfiqləri ilə birgə işləyir.

 

Yeri gəlmişkən, bazar ertəsi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer də İrəvanda keçirdiyi mətbuat konfransında bildirib ki, “Azərbaycanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib-yetirmədiyini qiymətləndirmək üçün Dağlıq Qarabağda beynəlxalq iştirak olmalıdır”. 

“Biz Azərbaycanı atəşkəs rejiminə riayət etməyə və Dağlıq Qarabağda mülki şəxslərin hüquqlarını qorumaq üçün konkret addımlar atmağa çağırırıq. Prezident Əliyev etnik ermənilərin hüquqlarına zəmanət verib, Azərbaycan bu vədi yerinə yetirməlidir”, - Pauer bildirib.

 

Onun sözlərinə görə, humanitar vəziyyəti qiymətləndirmək, Azərbaycanın öz öhdəliklərini yerinə yetirib-yetirmədiyini yoxlamaq və beynəlxalq ictimaiyyətə hesabat vermək üçün Qarabağda beynəlxalq iştiraka icazə verilməlidir. 

 

Pauer onu da vurğulayıb ki, USAID belə təşkilatlar sırasında olmalıdır.


Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.