QARABAĞDAKI QEYRİ-QANUNİ REJİM ÖZÜNÜ BURAXDI - SAMVEL ŞAHRAMANYAN “FƏRMAN” İMZALADI

Xankəndidəki qondarma “artsax respublikası” rəsmi olaraq ləğv edilib.

 

Senzor.az bildirir ki,  “artsax respublikasının” “prezidenti” Samvel Şahramanyan bu barədə "fərman" imzalayıb.

 

“Fərmanda” qeyd olunub ki, Rusiya sülhməramlı kontingentinin vasitəçiliyi ilə Azərbaycan Respublikasının nümayəndələri ilə əldə olunan razılaşmaya əsasən Qarabağ sakinlərinin, o cümlədən tərksilah olunan hərbi qulluqçuların əmlakları ilə öz nəqliyyat vasitələrində Laçın dəhlizindən sərbəst və maneəsiz şəkildə könüllü keçidi təmin olunur və "Dağlıq Qarabağ Konstitusiyası"nın 93-cü maddəsi rəhbər tutularaq qərara alınır:

 

1. 2024-cü il yanvarın 1-dək “artsax respublikası”nın tabeliyində olan bütün qurumlar və təşkilatlar ləğv edilsin və “artsax respublikası”nın mövcudluğu dayandırılsın;

 

2. Qarabağın erməni əhalisi, o cümlədən “respublikadan” kənarda yerləşən əhali bu “fərman” qüvvəyə mindikdən sonra gələcəkdə Qarabağda qalma (qayıtmaq) mümkünlüyü haqqında müstəqil və fərdi qərar qəbul etmək məqsədi ilə Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış olsunlar.

 

Bu “fərman” dərc edildikdən dərhal sonra qüvvəyə minir.


Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.