İlham Əliyev indi yaşadığımız tarixi hadisələrin anonsunu 4 ay əvvəl vermişdi - PAŞİNYAN ONUN SONUNCU ŞƏRTİNƏ DƏ ƏMƏL EDƏCƏK...
ELXAN ŞÜKÜRLÜ YAZIR

Bugünlərdə yaşadığımız və bundan sonra hələ yaşayacağımız tarixi hadisələrin anonsunu Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü ilin 28 mayında Laçındakı çıxışında vermişdi. 

 

O, Ermənistana və separatçı rejimə məhz Qarabağın qapısından - Laçından son dəfə və qəti xəbərdarlıq etmiş, Azərbaycanın şərtlərinin nədən ibarət olduğunu da açıqlamışdı: separatçı rejim özünü tam şəkildə buraxmalı, saxta dövlət atributlarını zibil yeşiyinə tullamalı, qondarma rejimin təmsliçiləri silahı yerə qoyaraq təslim olmalı, Azərbaycan vətəndaşlığı üçün könüllü müraciət etməlidirlər! 

 

Yalnız bu şərtlər qəbul ediləcəyi halda, Azərbaycan Prezidenti onlara güzəşt və amnistiya tətbiq oluna biləcəyini də vəd etmişdi.

 

Ancaq son 3 ay ərzində nə Paşinyan buna əməl etdi, nə də separatçılar. Əksinə, prosesi əvvəlkitək yenidən tormozlamağa, geri döndərməyə qalxdılar.

 

Bu da nəticəsi: Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 19-da başladığı və cəmisi 1 sutka çəkən antiterror əməliyyatları düşməni məhz Prezident İlham Əliyevin dediyi plan üzrə hərəkətə vadar etdi!

 

Beləliklə, bu gün – 28 sentyabr 2023-cü ildə artıq qondarma “Dağlıq Qarabağ Respublikası” rəsmən özünü ləğv etdiyini açıqladı!

 

Bundan bir gün əvvəl – 27 sentyabrda isə Xankəndidə yerləşdirilərək, Paşinyana əsas alternativ siyasi qüvvə olaraq hazırlanan və Ermənistandakı iç siyasi proseslərə geniş müdaxilə imkanlarına sahib Ruben Vardanyan saxlanılaraq, Bakıya gətirildi, DTX-nın təcridxanasına atıldı. Digərləri də yoldadır...

 

Beləliklə, Ermənistanı KTMT-dən çıxarıb Avropa İttifaqına, NATO-ya aparmaq istəyən Paşinyana Prezident İlham Əliyevin sonuncu şərtini – ilin sonunadək sülh müqaviləsini imzalamaqdan və Zəngəzur dəhlizinin açılmasına razılaşmaqdan başqa yol saxlanılmayıb!

 

İndi Paşinyandan qisas almağa, onun qanını içməyə hazır rəqibləri də Azərbaycanın əlindədir və onların haçan azadlığa çıxacağını, Ermənistanın iç siyasətinə qarışıb-qarışmayacaqlarını da bundan sonra məhz Azərbaycan müəyyənləşdirəcək!

 

Vaxt gedir... Prezident İlham Əliyev hər addımıyla sübut edir ki, o, təkcə mərhum atasına yox, həm də dost və düşmənlərinə də verdiyi sözün ağası, sahibidir! Söz verdisə, mütləq və mütləq yerinə yetirəcək! 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.