Vida mərasimindən sonra Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov ll Fəxri xiyabanda dəfn olunub.
"Qafqazinfo" bildirir ki, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov dəfn mərasimində də iştirak edib.
** 12:08
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov bu gün uzun müddətdən sonra ilk dəfə ictimaiyyət arasında görüntülənib.
“Qafqazinfo” xəbər verir ki, o, Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovla vida mərasiminə qatılıb.
Qeyd edək ki, R.Əhmədov E.Mahmudovun bacısının həyat yoldaşı olub.
Mərasim Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində təşkil olunub. Mərasimdə şəhidin ailə üzvləri və döyüş yoldaşları ilə yanaşı DTX-nın rəhbərliyi, deputatlar və ictimaiyyət nümayəndələri də iştirak ediblər.
Xatırladaq ki, Eldar Mahmudov 2004-2015-ci illərdə hazırda ləğv edilmiş Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinə rəhbərlik edib.


