Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızı Xankəndiyə köçürməliyik – “HƏM DƏ BUNU BACARDIQCA TEZ ETMƏLİYİK...”
DEPUTAT TƏKİF VERDİ

Qərbi Azərbaycandan - bugünkü Ermənistan ərazisindən qovulmuş soydaşlarımızı Xankəndi və digər yaşayış məntəqələrinə köçürməliyik.

 

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

 

Deputat bildirib ki, uca Tanrı xalqımızın dualarını eşitdi, Prezident İlham Əliyevə kömək oldu ki, onun Ali Baş Komandanlığı ilə Azərbaycan Silahlı Qüvvələri müttəfiqlərimizin də siyasi mənəvi dəstəyi ilə 35 il işğal altında qalan torpaqlarımızı azad etdi, ilahi ədalət öz yerini tutdu: “Allah xalqımızın qarğış və lənətlərini bizə çox acılar yaşatmış erməni separatçılarının üzərinə yönəltdi ki, onlar Azərbaycandan köçmək qərarına gəldilər. Çünki gözlərimizə baxmağa üzləri yoxdur. Azərbaycan bu günlərdə öz tarixinin ən şanlı səhifələrini yazır, xalqımız özünün ən qürurlu günlərini yaşayır. Qələbəmizdə payı olan hər kəsə, partiyamız və seçicilərim adından dərin minnətdarlığımı bildirməklə yanaşı onu da özümə borc bilirəm qeyd edim ki, biz, bugünkü Ermənistan ərazisindən acımasızcasına, işgəncələrə məruz qoyularaq, təhqir olunaraq qovulmuş soydaşlarımızı Qarabağı tərk etmiş, Azərbaycan vətəndaşlığını qəbul etməyən separatçıların yaşadığı Xankəndi və digər yaşayış məntəqələrinə köçürməliyik. Həm də bunu bacardıqca tez etməliyik. Bir milyon azərbaycanlı qaçqını, ermənilərin dağıtdığı şəhər və kəndlərimizi görməyən ermənipərəst dairələrə isə üzümü tutub deyirəm ki, bu ədalətsizliyinizə görə, bir gün sizlər də indi müdafiə etdiyiniz separatçılar kimi Allahın lənəti ilə üzləşib qəzəbinə gələcəksiniz”.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.