
Xankəndidəki separatçıların keçmiş “lider”ləri Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb və Bakıya gətirilir.
Senzor.az bildirir ki, bu barədə məlumatı haqqin.az yayıb.
Bildirilir ki, söhbət separatçıların keçmiş “rəhbər”ləri Arkadi Qukasyan, Bako Saakyan və “Daşnaksütyun” partiyasının lideri, “parlamentin keçmiş sədri” David İşxanyandan gedir.
O da bildirilir ki, yaxın saatlarda məhkəmə onlarla bağlı qərar verəcək.