Azərbaycan-Rusiya-Türkiyə üçlüyündən Paşinyana sürpriz dəstək və... – İLİN SONUNADƏK SÜLH SAZİŞİNİ İMZALAMASA AQİBƏTİ NECƏ OLACAQ?
ELXAN ŞÜKÜRLÜDƏN İLGİNC ŞƏRH-ANONS

Azərbaycan-Rusiya-Türkiyə üçlüsü Nikol Paşinyana bu ilin sonunadək Azərbaycanla sülh sazişini imzalaması və Ermənistanın “3+3” formatına qoşulması üçün hər cür şərait yaradır, onun önündəki bütün maneələri bir-bir aradan götürür. 

 

Əgər 19-20 sentyabrda keçirilən antiterror əməliyyatlarıyla erməni faşizminin başı əzilmiş və Qarabağ mövzusu Ermənistanla sülh danışıqlarının tormozlayıcı predmeti olmaqdan çıxarılmışdısa, ardınca da sülh prosesini pozacaq terrorçu-separatçı hərəkatın əsas liderlərinin qandallanaraq Bakıya – DTX-nın təcridxanasına gətirilməsi Paşinyanın əlindən bütün bəhanələri almaq deməkdir. 

 

Uzun illər Rusiya hərbi kəşfiyyatının nəzarətində olmuş separatçı liderləri Qarabağdan qaçırmaq və ya gizləmək imkanları olduğu halda, bölgədəki rusiyalı hərbçilərin buna əl atmaması bir daha təsdiqləyir ki, Kreml Azərbaycan-Türkiyə tandemiylə razılaşmasına sadiqdir və Ermənistanla sülh müqaviləsinin imzalanmasına da qətiyyən maneçilik törətmək niyyətində deyil. 

 

Görünən odur ki, Rusiya Qərbpərəst Paşinyanla əsas "haqq-hesab"ını məhz Azərbaycanla sülh müqaviləsinin imzalanmasından sonrakı dövrə planlaşdırır və Ermənistanın daxili siyasi həyatına Qarabağdan getmiş əhali vasitəsiylə təsir edəcək fiqurların həbsinə mane olmaması da bu niyyətin ifadəsidir: bir tərəfdən, Paşinyanın sülh üçün önündəki sədlər götürülür, ona konkret zaman tanınır, o biri tərəfdən də, öhdəliklərindən yenidən yayınacağı halda, Paşinyanı Vətənə xəyanətdə suçlayaraq silahlı yolla devirə və qətlə yetirə biləcək böyük bir qisasçı qüvvə hazırlanır. 

 

Çox böyük ehtimalla, hazırda Azərbaycan DTX-sının təcridxanasında saxlanılan və taleyi Azərbaycan Prezidenti İlham Əliyevin əlində olan terrorçu-separatçı liderlərdən – Vardanyan, Qukasyan, Saakyan, Harutunyan, İşxanyan, Manukyan, Mnatsakanyan... kimi məşhur isimlərdən təkcə Koçaryan və Sarkisyanın yox, elə Paşinyanın da əleyhinə yetərli ifadələr alınacaq, yeni dəlil-sübutlar toplanacaq və bu ifadələr, dəlil-sübutlar həm onların və bütövlükdə Ermənistanın gələcək aqibətini, siyasi istiqamətini müəyyənləşdirəcək, həm də qalıcı sülhün ən böyük təminatı olacaq...

 

İndi Paşinyanı sülh müqaviləsi imzalamaqdan yalnız Qərbin qəfil sui-qəsdi yayındıra bilər. 

 

ABŞ prezidenti Co Baydenin son 3 il ərzində yıxmağa və dağıtmağa çalışdığı Putin-Əliyev-Ərdoğan ittifaqı Qərbin qanlı əllərinin Cənubi Qafqazdan kəsilməsi və regionun yenidən dizayn edilməsi üçün addım-addım irəliləyir...






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.