Fransa terrorçuları sərhədimizə yığmaq üçün PLAN QURDU
BAKIDAN KRİTİK QƏRAR

Ermənistanı məqsədləri üçün istifadə etməkdən yorulmayan qüvvələrin, siyasi dairələrin sayı günbəgün artır. Amma belə görünür ki, alan da razıdır, satan da. Təəssüflər olsun ki, bütün bu proseslərin nüvəsini təşkil edən Ermənistan aldığı ağır məğlubiyyətlər, diplomatik uğursuzluqlardan nəticə çıxara bilmir ki, bilmir. Ermənistan hakimiyyəti yenə bölgdə gərginliklər axtarışında olan Qərb dairələrinin əsas "silahıdır".

 

Fransanın Cənubi Qafqazda yeni eskalasiya axtarışına çıxdığı hər kəsə məlumdur. Firənglər bu bölgədə sabitlikdən, sülhdən yana olmadığını hər vəchlə nümayiş etdirirlər. Ermənidən çox erməni olduğunu göstərməyə çalışan, ermənilərin halına acıdıqları mənzərəsi yaratmağa çalışan Makron rejimi islamofobiya, antitürk siyasətini reallaşdırmaq üçün məhz erməni amilinin onlar üçün ən "uğurlu" seçim olduğu qənaətindədir.

 

Elə bu səbəbdəndir ki, dövlət başçılarının çoxdan gözlənilən Qranada görüşü ərəfəsində Fransa dərhal bütün kanalllarını işə salaraq vəziyyəti gərginləşdirmək istiqamətində müxtəlif çaplı addımlarla diqqət mərkəzinə düşdü. Belə ki, öncədən də qeyd etdiyim kimi, oktyabrın 6-da Azərbaycan Prezidenti İlham Əliyevin İspaniyanın Qranada şəhərində Ermənistan Baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts və Aİ Şurası Prezidenti Şarl Mişellə görüşü gözlənilirdi.

 

Lakin Fransanın görüşə "barmaq" etməsi Bakı ilə İrəvan arasında sülh danışıqlarının növbəti dəfə baş tutmaması ilə nəticələndi. Daha dəqiq desək, Qranada görüşünə iki gün qalmış Fransa XİN başçısı Ketrin Kolonnanın İrəvana səfər etməsi heç də təsadüfi bir səfər deyildi. Bunu hadisələrin sonrakı gedişatı daha çılpaqlığı ilə ortaya qoymuş oldu.

 

Ketrin Kolonna yenidən anti-Azərbaycan bəyanatları ilə bu dəfə Ermənistanın paytaxtında diqqət mərkəzinə düşüb. "Ermənistan Respublikasının ərazi bütövlüyünü təhdid edən istənilən hərəkətə çox sərt cavab veriləcək" , - deyən Fransa dövlət rəsmisi Qranada görüşü öncəsi Bakı ilə İrəvan arasında vəziyyəti gərginləşdirməyə hesablanmış bu açıqlamaları yalnız Ermənistanın militarizasiya prosesini sürətləndirməyə xidmət edir.

 

Bunlar azmış kimi, Fransa xarici işlər naziri Ketrin Kolonnanın Ermənistandakı görüşlərində saxta “blokada” və “məcburi köçürmə” hekayəsini təkrarlaması sülhə xidmət etmir. Onun “Fransa hər zaman Ermənistanın tərəfindədir” ifadələri nəhayət ki, Fransanın vicdanlı vasitəçi və neytral vasitəçi olmaq iddialarının reallığı əks etdirmədiyini nümayiş etdirdi. Fransa XİN başçısının Ermənistanı silahlaındırmaq istiqamətində etdiyi açıqlamalar isə rəsmi Parisin əsl niyyətinin, məqsədinin nədən ibarət olduğunu növbəti dəfə ortaya qoyur. Bunun bir adı var: Fransa bölgədə eskalasiya riskinin artmasında, Cənubi Qafqazın yenidən barıt qoxumasında maraqlıdır. Elə bu məqsədlə də Paris Ermənistanı uzunmüddətli terror müharibəsinə və xüsusən Azərbaycana qarşı terrora hazırlaşdırmaqda israrlı görünür.

 

Bu detallardan rəsmi Bakının Qranada görüşündən imtina etməsinin təfərrüatı daha da aydın olur:

 

- Prezident İlham Əliyev Qranada görüşü ərəfəsində Azərbaycan əleyhinə çıxışlar edərək, bölgədə gərginliyi pik həddə çatdırmağı hədəfləyən, sülh danışıqlarına mane olmağa çalışan Fransanın regional məsələlərdə iştirakını qəbuledilməz hesab etdiyi üçün normallaşma prosesində Fransanın iştirakını məntiqəuyğun hesab etməyib.

 

- Dövlət başçısının növbəti və tutarlı səbəblərindən biri böyük ehtimalla Türkiyə mövzusu ilə bağlıdır. Belə ki, Fransanın destruktiv mövqeyi, eləcə də Paris və Berlinin Türkiyənin toplantıda iştirakı ilə bağlı fikir ayrılığıdır. Belə bir şəraitdə Azərbaycan tərəfi üçün danışıqlar aparmaqdan imtina etməsi ən doğru variant idi.

 

Azərbaycan görüşdə Türkiyənin iştirakında təkid etsə də, Fransa və Almaniyanın buna qarşı çıxması səbəbindən qəbul olunmayıb. Bu səbəbdən də Prezident İlham Əliyev İspaniyaya səfərdən və görüşdən imtina edib. Görünən odur ki, Türkiyə Prezidenti Ərdoğan da məhz bu səbəbdən İspaniya səfərindən imtina edib.

 

Türkiyə və Azərbaycan birgə hərəkət edir, Bakı və Ankara kənar gücləri regiona buraxmaq niyyətində deyillər. Bu məsələ heç şübhəsiz ki, Rusiyanın da maraqlarına xidmət edir. Çünki Şərqi Avropada Ukrayna ilə davam edən müharibə Rusiyanın regiondakı yeri və çəkisinə təsirsiz ötüşməyib. Bundan istifadə etməyə çalışan Ermənistan isə çox açıq şəkildə Kremlin orbitindən çıxıb Qərbə inteqrasiyada nə qədər maraqlı olduğunu gizlətmir. Hətta Ermənistan daxilində güclənən rusafobiya və anti-Rusiya əhval-ruhiyyəsi bunun bariz nümunəsidir. Bu boşluğu Qərbin doldurması Rusiyanın sonunu yaxınlaşdıra bilər. Ona görə də hazırda Moskvanın Bakı və Ankaranın qərarlarını dəstəkləməkdən qeyri yolu da qalmır.

 

"Oyubozanlıq" etməkdə mahir olan Fransa isə bu situasiyadan maksimum yararlanaraq Ermənistanı ortaya atmaqla Cənubi Qafqazda var olmaq yolunda istifadə etmək üçün bütün çirkinliklərə baş vurmağa hazırdır. Fransa bir dəfə də Praqa görüşü ilə bağlı eyni analoji addımla diqqət mərkəzinə düşmüşdü. Rəsmi Paris məhz növbəti beştərəfli görüş ərəfəsində anti-Azərbaycan bəyanatlar verərək, ərazi bütövlüyümüzə qarşı təhdid dolu mesajlar ünvanladı, qərarlar qəbul etdi. Nəticədə rəsmi Bakı Emmanuel Makronun iştirakı ilə nəzərdə tutulan həmin görüşdən imtina etdi. Eyni ssenari, eyni üslub...

 

Ən acınacaqlı məqam ondan ibarətdir ki, Fransanın Ermənistanı silahlandırması bugünədək qismən qapalı şəkildə (məsələn, humanitar yardım adı altında) həyata keçirilirdisə, artıq bu proses rəsmi olaraq elan edilir. Necə ki, ötən gün İrəvana səfərə gələn Fransanın xarici işlər naziri Ketrin Kolonnanın mətbuat konfransındakı açıqlamaları bunu deməyə əsas verir. O  bildirib ki, Paris İrəvanla sonuncuya hərbi texnikanın verilməsini mümkün edəcək saziş imzalamağa razılaşıb.

 

Fransa xarici işlər naziri həmçinin bəyan edib ki, o, Avropa diplomatiyasının rəhbəri Josep Borrelə Avropa İttifaqının Ermənistandakı “mülki” missiyasının genişləndirilməsi və onun mandatının gücləndirilməsi təklifi ilə rəsmi müraciət edib. Göründüyü kimi, Fransa "mülki missiya" adı altında bölgəyə daxil olub təxribatlar törətmək qərarına gəlib. Artıq bununla bağlı kifayət qədər təcrübə mövcuddur.

 

Böyük ehtimalla Fransa ordusunda olan keçmiş və indiki hərbiçilər (əsasən erməni əsilli), Fransa XXO-ların əməkdaşları Ermənistana instruktor qismində ezam olunmağa davam edəcəklər. Eyni zamanda, reabilitasiyası Fransa ərazisində olan ASALA terror təşkilatı üzvləri bu proseslərə çox yaxından cəlb ediləcəklər. O da istisna edilmir ki, artıq Fransa kəşfiyyatı bu prosesə nəzarəti şəxsən edir. Xatırlatmaq yerinə düşər ki, vaxtı ilə Monte Melkonyan Orli hava limanında törətdiyi terrora baxmayaraq, sonradan Fransanın razılığı ilə Qarabağa göndərilmişdi.

 

Bütün bu cəhdlər, bundan əvvəlikləri kimi yarımçıq, reallaşdırılmamış qalacaq. Bunun üçün Azərbaycanın əlində kifayət qədər resurus və imkanlar mövcuddur. Bakı da, Ankara da heç cür razı olmaz ki, Fransa bu regiona aid məsələlərdə iştirakını təmin etsin. Amma rəsmi Bakının Qranada görüşündən imtinası deməyə əsas verir ki, ən azından Fransadakı mövcud hakimiyyət dəyişməyəcəyi zamana kimi Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesində Fransanın iştirakı Azərbaycan tərəfindən bloklandı.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.