Azərbaycana kosmosdan və dünyaya... kosmik Azərbaycandan baxış - NƏLƏR NECƏ GÖRÜNÜR?
MİR ŞAHİNİN “UCALIQ MƏSƏLƏSİ” TELEOÇERKİ

Dünən axşam Real TV-də qurumun rəhbəri Mir Şahin Ağayevin “Ucalıq məsələsi” teleoçerki yayımlanıb.

 

Senzor.az bildirir ki, teleoçerk Bakıda təşkil olunan Beynəlxalq Astronavtika Konqresinə həsr olunub. 

 

Müəllif oçerkin başlanğıcında tamaşaçılarına anons verir ki, “Azərbaycana kosmosdan və dünyaya kosmik Azərbaycandan baxacağıq. O Azərbaycandan ki, 30 il əvvəl qaçqın və məcburi köçkün çadırlarından belə görünürdü”. 

 

Və ekranda çox dəhşətli, ürək dağlayan məzərələr canlanır. Adam bilmir ki, gördüklərinə nə ad versin. Yəqin elə buna görə də müəllif özü köməyə gəlir və həmin məzərənin mahiyyətini, nə demək istədiyini   tamaşaçıya cəmi iki sözlə çatdırır: “Biz sürünürdük”. 

 

Ardınca isə ekrana son vaxtların ən coşqulu kadrlarından epizodlar   gəlir, insanlarımız əllərində, maşınlarında bayraqlar Qarabağ müharibəsindəki qələbənin sevincini   yaşayırlar. Müəllif bu dəfə onların sevincinə qoşulur: “Bu gün sadəcə uçuruq. Bayraqlarımıza qoşulub uçuruq”…  

 

Müəllif daha bir bir neçə epizodu təqdim edəndən sonra Prezident İlham Əliyevin yolunda heç nəyin təsadüfi olmadığını bildirir və bir fotonun üzərində dayanır: “Elə bu şəkil kimi. İlham Əliyev Şuşada atası – Ulu Öndərlə birlikdədi. Deməli, harda İlham Əliyev varsa, fon mütləq bərpa olunmalı, şəkil öz yerinə mütləq asılmalıdı. Bu şəkil, Şuşa başda olmaqla, Qarabağın bizdən az qala kosmos qədər uzaq göründüyü vaxta aid idi”.  

 

Sonra Qobustandakı qaya rəqs-rəsmlərini göstərərək xatırladır: “Bu şəkil isə insan övladının kosmosla əlaqəli olduğunun planetar sübutlarından biridir, Bu təsvirlər əsrlərdir bizimlə daş dilində danışır. Zamanın dəyişməz ssurdotərcüməsindən biz qalaktikanı, kainatı anlayırıq. Biz bu dillə əcdadlarımızla söhbətləşirik. 

 

İlham Əliyevin Ulu Öndərlə ruh bağlılığı, şəkil və təsvir əlaqəsi bir genetikadı, izaholunmazlıqdı”.

 

Tamaşaçı bu kadlardan və müəllifin izahından anlayır ki, bizdə elmə, biliyə can atma həvəsi, kosmosa meyil və bağlılıq heç də təsadifi deyilmiş. Necə deyərlər, canımızda, qanımızda var imiş. Xatırladır ki, “Biz hələ uşaq vaxtı da sehirli xalat geyinib Aya enmişik, azərbaycanlı milli təfəkkürünü kosmosa bağlayıb. Kosmonavtlar kosmosa bizim Kərim Kərimova raport verib yollanıblar,  Yerə dönəndə də ilk salamı bizim yerlimizə veriblər. Biz hətta beynəlxalq oyunları qəbul edəndə də üzümüzü kosmosa dikmişdik - kainata, Aya, Günəşə qiblələnmişdik…”.

 

Ona görə də biz “əllərini göyə-Allaha açıb dua edən sadə insanlardan başını, beynini göyə-kosmosa qaldıraraq Allaha kömək edən mürəkkəb insanlara çevrilməliyik və çevrilirik. Azərbaycan artıq Kosmik Klubun üzvüdür. Elə bu uca məqamına görə, Azərbaycan 44 günlük müharibədə düşmənə haqlı olaraq yuxarıdan aşağı baxdı. Və göstərdi ki, qarşı tərəfdən bir neçə baş ucadadı. Göydən endirilən sarsıdıcı zərbələrin sərrastlıq səbəbi həm də kosmosdakı yerimiz idi…  

 

Azərbaycan bu gün ona görə BMT-nin Təhlükəsizlik Şurasının sədrinə - nüvə dövləti olan Fransaya onun öz meydançasında qalib gələ bilir ki, o elə özü də nüvə dövlətidi, amma onun nüvəsi Yerin təkində və həm də göyün ənginliyindədi”.

 

Ekran işində maraqlı məqamlar var. Onlardan biri çinli astronavtlarla bağlıdır. Onlar kosmosdan etdikləri çıxışda yarım əsr əvvələ boylanaraq, deyirlər: “Beynəlxalq Astronavtika Federasiyasının kosmik tədqiqata sadiq və bir olan icma daxilində dostluq üçün körpülərin aşılması kimi irsi var. Bu il sonuncu dəfə yarım əsr bundan əvvəl - 1973-cü ildə keçirildikdən bəri Beynəlxalq Astronavtika Konqresi Bakıya qayıdır. 24-cü Beynəlxalq Astronavtika Konqresi Azərbaycanın hazırkı Prezident İlham Əliyevin atası Heydər Əliyevin rəhbərliyi dövründə Bakıda müvəffəqiyyətlə keçirilib. Bu tarixi şəkildə gənc İlham Əliyev atasını Konqresdə müşayiət edir və onun kosmik tədqiqat sahəsində tanınmış mütəxəssislərlə fotosu çəkilir. Azərbaycan Prezidenti İlham Əliyev 74-cü Beynəlxalq Astronavtika Konqresinin yenidən Bakıda keçirilməsi üçün mühüm dəstək göstərib.

 

Şəkildə də təsvir olunduğu kimi, insanların kosmik missiyanı irəli aparması ardıcıl nəsillər tərəfindən davamlı dəstək tələb edir. Bəşəriyyətin sülhü sarsılmaz təqib etmək istəyi dəyişməz qalmaqla, yarım əsrin bir anda keçməsi ilə qlobal kosmik sənayedə sürətli transformasiyalar baş verib...”. 

Və onlar 1973-cü ildə Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə Bakıda keçirilən 24-cü Beynəlxalq Astronavtika Konqresində çəkilmiş həmin şəkli kosmosdan etdikləri bağlantıda nümayiş etdirirlər (Yeri gəlmişkən, oçerkin əvvəlində İlham Əliyevin atası ilə şəklinin niyə göstərildiyi tamaşaçıya bu an tam aydın olur...).

 

Bu arada tədbirdə çıxış edən ölkə başçısı deyir: “Biz Konqresə ikinci dəfə ev sahibliyi etməkdən olduqca fərəhlənirik, çünki qeyd edildiyi və göstərildiyi kimi, o, artıq bir dəfə 1973-cü ildə təşkil olunmuşdur. 24-cü Konqres Bakıda keçirilmişdir. Mən bütün qonaqlarımıza və xüsusən də, mənə əziz olan fotonu kosmosa çıxaran cəsur Çin astronavtlarına çox minnətdaram. Bu, sanki onu göstərir ki, mən özüm də oradayam. Mən sizin icmanızın bir hissəsiyəm.

 

Əlbəttə ki, belə bir mühüm tədbirə ikinci dəfə ev sahibliyi etmək bizim üçün böyük şərəfdir və mən həmin qərarın qəbul olunmasında iştirak edən bütün şəxslərə bir daha təşəkkürümü bildirirəm. Beləliklə, Konqres ikinci dəfə Bakıda, eyni şəhərdə keçirilir. Lakin ölkə eyni deyil. Bu gün həmin qlobal tədbirin ev sahibi müstəqil Azərbaycandır...”.

 

Müəllifin fikrincə, çinli astronavtların diqqətini niyə məhz həmin şəklin çəkdiyi də təsadüfi deyil. Çünki “Azərbaycan kosmosu Heydər Əliyevin gözü ilə görür, onun beyni ilə dərk edirdi - hələ düz 50 il əvvəl. Sovet Azərbaycanını kosmik diqqət mərkəzinə məhz o böyük azərbaycanlı çıxarmışdı”. Müəllif elə buna görə tam haqlı olaraq vurğulayır ki, “İlham Əliyev Heydər Əliyevin yolunu yalnız yerdə yox, elə göydə də davam etdirir”. Və onun qənaətinə görə,  “Bu bir səmavi yolçuluqdu”.

 

Oçerkin sonuna yaxın müəllif vurğulayır ki, Astronavtika Konqresi Bakının indiyədək ev sahibliyi etdiyi bütün tədbirlərdən fərqlənir: “Bu mərasim çərçivəsində Azərbaycan öz mədəniyyətini,  malik olduğu yumşaq gücü və milli mənşəyini, üzərində böyüdüyü kökü tam yeni fazada və fəzada göstərir. Azərbaycan Prezidentinin rəqəmsal gələcək, bərpa olunan enerji dünyası - dizaynı xüsusi mədəni-mənəvi “qlaz” tələb edir.

 

Ona görə də açılış zamanı obrazların və rəmzlərin dili ilə qlobal çağırışlar səsləndirildi.   Yaranışın dörd ünsürü dörd janrda təqdim edildi: caz, muğam, klassik ifa və rok... (Yeri gəlmişkən, tamaşaçı müəllifin əvvəldə Qobustan qayaları üzərindəki rəsm-rəqsləri  göstərməklə nə demək istədiyini də məhz bu məqamda anlayır. Ümumiyyətlə qeyd etmək lazımdır ki, ekran işində belə məqamlar az deyil. Yəni ilk baxışda onlar hardasa qəribə, mövzunun ümumi ruhuna yad element təsiri bağışlayır, amma dəqiqələr keçdikcə müəllif onları ustalıqla bir-birinə elə tellərlə bağlayır və mükəmməl sintez edir ki, onun məharətinə heyran qalmaya, bacarığına “əhsən!” deməyə bilmirsən...).  

 

Beynəlxalq Astronavtika Konqresi Azərbaycanın - ərazi bütövlüyünü təmin, dövlət suverenliyini bərpa etmiş müstəqil dövlətin bəşəriyyəti bir yerə toplamaq çağırışıdır. Bir hava, bir su, bir torpaq, bir od ətrafına - Kosmos. Və Azərbaycan dünyaya kainat dilində öz bəşəri mahiyyətini çatdırır. Biz insanları, kainatı inteqrasiyaya,  qaynayıb-qarışmağa, planetlə yola getməyə dəvət edirik. Qarabağda başladığımız reinteqrasiya da elə bu siyasi-bəşəri, əxlaqi  dəyərlər sisteminin bir parçasıdır.   Qarabağ Azərbaycandır, Azərbaycan isə bütün dünyadı, bütün kainatdı!”  

  

Senzor.az həmin maraqlı teleoçerki oxucularına təqdim edir. Necə deyərlər, yüz dəfə eşitməkdənsə (oxumaqdansa), bir dəfə görmək yaxşıdır. 

 

Mütləq baxın…






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.