
Soçidə Putin-Ərdoğan-Netanyahu-Abbas görüşü baş tuta bilər.
Senzor.az bildirir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
“Kreml İsrail və Fələstin Muxtariyyəti arasındakı münaqişənin həllində vasitəçi ola bilər.
Fələstinin rəhbəri Mahmud Abbasın yaxın vaxtlarda Moskvada olacağı gözlənilir. İsrailin Baş naziri Binyamin Netanyahu və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da Soçiyə səfər etməsi mümkündür. Putin-Ərdoğan-Netanyahu-Abbas formatında danışıqlar sülh formulunu inkişaf etdirə bilər”, - məlumatda deyilir.
Qeyd olunur ki, Rusiya Xarici İşlər Nazirliyi münaqişənin bütün tərəfləri ilə fəal əlaqə saxlayır. Eyni zamanda HƏMAS proseslərin qarantı kimi ABŞ-ın çıxış etməsində israr edir.
**01.04

“Hazırda Fələstin Prezidenti Mahmud Abbasın Moskvaya səfərinə hazırlıq gedir”.
Bunu Fələstinin Rusiyadakı səfiri Əbdül Hafiz Nofəl “Rossiya 24” telekanalının efirində deyib.
O bildirib ki, Fələstin tərəfi Moskvanın Fələstin-İsrail nizamlanması ilə bağlı mövqeyini yüksək qiymətləndirir.