Ramiz Mehdiyevin ailə bankı satışa çıxarıldı

Azərbaycanın bank sektorunda “yarpaq tökümü” davam edir. Ciddi problemlərlə üzləşən banklar ya bağlanır, ya da satılır.


Bakupost.az -ın əldə etdiyi məlumata görə, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin ailə bankı olan "Bank BTB" də satışa çıxarılıb.


Məlumatlı mənbənin bildirdiyinə görə, Ramiz Mehdiyevin oğlu tərəfindən satışa çıxarılan banka müştəri də tapılıb. Hətta onların arasında bankın 15 milyon manata satılması barədə razılıq da əldə olunub. Lakin Ramiz Mehdiyevin bankı satın almaq istəyən şəxsdən onunla da razılaşmağı tələb etdiyi bildirilir. Bu səbəbdən sövdələşmənin hələ yekunlaşmadığı deyilir.


Qeyd edək ki, 2022-ci ilin yekun hesabatına görə, ziyanla işləyən banklar arasında artıq bağlanmış “Günaybank”la yanaşı “Muğanbank” və "Bank BTB"nin də adı çəkilirdi. Qeyd olunurdu ki, ötən il bankın ziyanı 5 milyon manat təşkil edib. Ramiz Mehdiyev vəzifədən ayrıldıqdan sonra bankın xalis mənfəətinin 16 milyon 653 min manat azaldığı və 2020-ci ilin sonunda 9 milyon 130 min manatlıq zərərə düşdüyü barədə xəbərlər yayılmışdı.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.