Bayden: Putinin Ukraynaya və HƏMAS-ın İsrailə hücumları arasında birbaşa əlaqə var - “ABŞ TİRANLARIN VƏ TERRORÇULARIN QALİB GƏLMƏSİNƏ İMKAN VERƏ BİLMƏZ”

ABŞ Prezidenti  Co Bayden cümə axşamı Ağ Evdə çıxışı zamanı Putinin Ukraynaya hücumu ilə HƏMAS-ın İsrailə hücumu arasında birbaşa əlaqənin olduğunu bildirib. 

 

Bu barədə Turan-ın Vaşinqton müxbiri məlumat verib və bildirib ki, Bayden amerikalıları "sülh üçün mayak" olmağa çağırıb.

 

“HƏMAS və Putin fərqli təhlükələr təqdim edirlər, ancaq onları bir şey birləşdirir: hər ikisi qonşu demokratiyanı tamamilə məhv etmək istəyir”, - Bayden deyib və əlavə edib ki, “biz HƏMAS və Putin kimi terrorçuların qalib gəlməsinə imkan verə bilmərik!”

 

"Tarix bizə öyrətdi ki, terrorçular öz terroruna görə əvəz ödəməyəndə, diktatorlar öz təcavüzünə görə əvəz ödəməyəndə, onlar daha böyük xaosa, ölümə və dağıntılara səbəb olurlar", - o vurğulayıb.

 

Bayden İsrail və Ukraynanı maliyyələşdirmək üçün ABŞ Konqresindən milyardlarla dollar istəyəcəyini təsdiqləyib, çünki amerikalı müttəfiqlərdən imtina etməyin yolverilməz olduğunu etiraf edib: "Gəlin, kim olduğumuzu unutmayaq. İstər müsəlmanlara qarşı olsun, istər yəhudilərə, istərsə də başqalarına qarşı, bütün nifrət formalarını rədd edirik. Böyük millətlərin etdikləri budur və biz də böyük millətik".

 

"Amerika liderliyi dünyanı birləşdirən bir şeydir. Amerika alyansları bizim təhlükəsizliyimizi təmin edir. Amerika dəyərləri bizi başqalarının bizimlə çalışmaq istədiyi tərəfdaşa çevirir. Ukraynanı tərk etsək, İsraildən üz döndərsək, bütün bunları təhlükə altına qoyacağıq – bu, yolverilməzdir", - Bayden deyib.

 

Qeyd edək ki, Bayden öz çıxışından bir neçə saat əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıb. Zelenski ABŞ-ın daimi köməyinə görə ona təşəkkür edib.

 

"Prezident Bayden Ukraynanın suverenliyinin, ərazi bütövlüyünün və demokratik gələcəyinin qorunması üçün ABŞ-da davam edən güclü ikipartiyalı dəstəyi qeyd edib", - Ağ Evin məlumatında bildirilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.