İsrailin Qəzzada quru əməliyyatlarına başlamaması suallar doğurur: ORTADA GİZLİ SÖVDƏLƏŞMƏ VAR?
ŞƏRH - PROQNOZ

HƏMAS-ın İsrailə hücumundan dərhal sonra Qəzzaya zərbələr endirən Təl-Əviv neçə vaxtdır ki, quru  əməliyyatlarına hazırlaşır.

 

Əməliyyatların anonsu verilsə də başlanması ilə bağlı rəsmi məlumat hələlik yoxdur. Bu isə öz növbəsində bir sualı aktual edir: İsrail ordusunun Qəzza zolağına quru hücumu niyə ləngiyir?

 

Qəzza əməliyyatının üç mərhələsi

 

Prinsip etibarilə İsrail silahlı qüvvələri Qəzza zolağında quru əməliyyatlarına start verib. Yəni hansısa gecikmə yoxdur. Sadəcə, əməliyyatlar üç mərhələli döyüş strategiyası əsasında aparılır.

 

Birincisi, İsrail ordusu ilkin olaraq Hərbi Hava Qüvvələrinin imkanlarından istifadə etməklə HƏMAS döyüşçülərini məhv etmək, infrastrukturu dağıtmağı hədəf seçib.

 

İsrail ordusu bu prosesə artıq başlayıb. Qəzza zolağı PUA-lar və raket zərbələri ilə intesiv atəşə tutulur. Bunu ona görə edir ki, ikinci əməliyyatda itkilərin sayı minimum olsun. 

İkincisi, İsrail ordusu növbəti mərhələdə müqavimət ocaqlarını məhv etmək üçün daha aşağı intensivlikdə döyüşlər keçirməyi hədəfləyir. Söhbət xüsusi təlim keçmiş elit qruplar vasitəsilə Qəzza şəhərində, ətraf qəsəbələrdə və yaşayış məskənlərində antiterror əməliyyatlarının keçirilməsindən gedir. Əslində klassik quru əməliyyatları tam real formada bu mərhələdə aparılacaq.

 

Nəhayət, İsrail ordusunun quru  əməliyyatlarının son mərhələsi Qəzza zolağında yeni - təhlükəsiz mühitin yaradılmasıdır.

 

Bu mərhələ kifayət qədər diqqət çəkir. Çünki İsrail quru əməliyyatlarının yekunu olaraq Qəzzanı ilhaq etmək yox, təhlükəsizlik rejimi yaratmaq istəyir. Bu isə öz növbəsində əməliyyatların antiterror xarakterli olduğunu göstərir.

 

İsrail müdafiə naziri Yoav Qallant əməliyyatların üç ay davam edəcəyini bildirib. Bu, əməliyyatların miqyasının böyüklüyündən və dəqiqliyindən xəbər verir.

 

Bundan başqa, İsrail ordusu şimaldan gələ biləcək Hizbullahın hücumlarına qarşı da müdafiə xətti qurur. Çünki son günlər Hizbullahın hücumları intensivləşib. Quru əməliyyatlarının uğurlu olması fonunda İsrail ordusunun Hizbullaha qarşı da əməliyyatlar başlaması və ya cavab zərbələrini sərtləşdirməsi mümkündür.

 

Gizli sövdələşmə

 

İsrailin Qəzzada keçirdiyi quru əməliyyatları ilə bağlı diqqətçəkən digər bir məqam da bunda Fələstinin maraqlı olmasıdır. 

Məsələ ondadır ki, Fələstin Azadlıq Təşkilatı və Fələstin lideri Mahmud Abbas HƏMAS qruplaşmasının fəaliyyət və siyasi xəttini xalqın təmsilçisi olaraq görmürlər. Ümumiyyətlə, Fələstin Azadlıq Təşkilatı və HƏMAS-ın bir-birinə münasibəti heç vaxt yaxşı olmayıb.

 

Təsadüfi deyil ki, İsrailin Qəzzaya vurduğu zərbələrə və başlamağa hazırlaşdığı quru əməliyyatlara Mahmud Abbas elə də ciddi reaksiya vermədi. Ən əsası Fələstin qüvvələri nə HƏMAS-ın İsrailə hücumuna dəstək verdi, nə də Qəzzaya endirilən zərbələrə görə addımlar atdı.

 

Mahmud Abbas və Fələstin Azadlıq Təşkilatı indiki məqamda İsrailin HƏMAS-ı məhv etməsini istəyir, hətta bu istiqamətdə bir sıra kəşfiyyat məlumatlarını MOSSAD-la bölüşüb. Fələstinin burada qazancı əməliyyatlardan sonra Qəzzaya nəzarətin ona keçməsidir. Amma o da mümkündür ki, Qəzza Fələstinlə İsrailin ortaq idarəsinə keçsin...

 

Turan Rzayev, 

politoloq






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.