Tehranda Azərbaycan və Ermənistan XİN başçıları arasında danışıq olub

Tehranda “3+3” formatında görüş çərçivəsində Azərbaycan və Ermənistan XİN başçıları arasında danışıq olub.

 

Senzor.az bildirir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian xarici işlər nazirlərinin Tehranda keçirilən iclasından sonra mətbuata açıqlamasında deyib.

 

"Tehranda "3+3" formatında keçirilən görüş çərçivəsində Ararat Mirzoyanla Ceyhun Bayramov arasında görüş Azərbaycan ilə Ermənistanın sülh və dostluq uğrunda əməli addımdır. Görüş çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə söhbət etmək imkanı yaradılıb. Bu görüş Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizliyin bərqərar olmasına öz töhfəsini verəcək", - deyə Abdullahian bildirib.

 

“Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Azərbaycan isə Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinə zəmanət verir”, - deyə İran XİN rəhbəri əlavə edib.

 

Qeyd edək ki, Tehranda "3+3" formatında XİN başçılarının görüşü keçirilib. Görüşdə Azərbaycanın, İranın, Rusiyanın, Türkiyənin və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov, Hüseyn Əmir Abdullahian, Sergey Lavrov, Hakan Fidan və Ararat Mirzoyan iştirak ediblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.