Azərbaycan azad olunan ərazilərdə Minaaxtaran alay yaradıb – “YENİ MİNAAXTARAN ROBOTLAR ALACAĞIQ”
"Azad olunan ərazilərdə Fövqəladə Hallar Nazirliyinin yeni Minaaxtaran Alayı yaradılıb".
 
Senzor.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.
 
Nazir bildirib ki, həmin ərazilərə ilk günlərdən nazirliyin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.
 
"Alayda 74 yeni minaaxtaran mütəxəssis yetişdirmişik, 120 ədəd minaaxtaran cihazlar xaricdən alınaraq həmin mütəxəssislərə təhvil verilib. Yeni yaradılmış alay Türkiyə mütəxəssisləri və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşları ilə birlikdə ərazilərdə minadan təmizlənmə işlərini davam etdirirlər", - o vurğulayıb.
 
K.Heydərov onu da qeyd edib ki, Azərbaycan azad olunan ərazilərdə təmizləmə işləri üçün yeni minaaxtaran robotlar alacaq.
 
Onun sözlərinə görə, hazırda minaaxtaran mütəxəssislərin sayının artırılması prosesi də davam etdirilir: "Ermənilər həmin ərazilərdə çoxsaylı minalar basdırıblar. Bu ərazilər tez bir zamanda təmizlənməlidir ki, quruculuq və abadlıq işləri də sürətləndirilsin. Hazırda minaaxtaran cihazlarla yanaşı, həmçinin minaaxtaran robotların da alınması ilə bağlı işlər aparılır. Bu işləri Fövqaladə Hallar Nazirliyi ANAMA və Müdafiə Nazirliyi ilə birgə aparır. Bununla bağlı sürətli işlər görülür, məsələlər müzakirə edilir".
 
Nazir bildirib ki, ərazi yaşıllıq olduqca minaların axtarılması çətinləşir: "Amma artıq payız-qış mövsümüdür, otlar quruyur və mina axtarışları sürətləndirilib".





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.