Senzor.az “Anadolu”ya istinadən bildirir ki, Z.Kasanov bu barədə Antalyada rəhbərlik etdiyi qurumun İdarə Heyəti üzvlərinin 4-cü iclasında müvafiq bəyanatla çıxış edib.
İclasda Z.Kasanov yenidən strukturun rəhbəri seçilib.
Sədrin sözlərinə görə, iclasda 9 ölkədən olan Ahıska türklərinin nümayəndələri “Yeni yol xəritəsi”ni müzakirə ediblər
Z.Kasanov bununla bağlı vurğulayıb ki, Ahıska türklərinin Türkiyəyə səfərində heç vaxt problem olmayıb.
O xatırladıb ki, 2017-ci ildən Türkiyə Nazirlər Şurasının qərarı ilə Ahıska türklərinə bu ölkədə uzunmüddətli yaşamaq icazəsi verilib və bu günədək bu etnik qrupun 70 minə yaxın nümayəndəsi Türkiyə vətəndaşı olub və daha 100 nəfər uzunmüddətli yaşayış icazəsi alıb.Z.Kasanov həmçinin xatırladıb ki, Ukraynadakı münaqişələrdən zərər çəkmiş 700 ailə Ərzincan vilayətinin Üzümlü və Bitlis vilayətinin Axlat rayonlarında yerləşdirilib.
Birlik sədri, qovulmalarına baxmayaraq, Ahıska türklərinin dilini, dinini, adət-ənənələrini heç vaxt itirmədiklərini diqqətə çatdırıb.
“Biz öz tarixi vətənimizə - Gürcüstana qayıtmaq istəyirik. Bizi haqsız yerə sürgün ediblər, haqqımızı bərpa etmək istəyirik. Assosiasiya bu istiqamətdə ciddi işlər görür, qarşımızda böyük məqsədlər var. Bu məsələ ilə Birlik rəhbərinin yeni müavini məşğul olacaq. Tarixi vətənimiz Gürcüstana qayıtmaq üçün istər Avropa platformaları olsun, istərsə də beynəlxalq proqramlar, biz hər yerdə haqqımızı müdafiə edəcəyik. Zorla qovulmuş bütün etnik qruplardan yalnız bizə vətənimizə qayıtmağa icazə verilməyib. Biz cinayət törətmədən qovulmuş cəmiyyətik”, - deyə Z.Kasanov bildirib.
O, daha sonra qeyd edib ki, Ahıska türkləri çox zəhmətkeşdirlər və alınlarının təri ilə pul qazanırlar, Gürcüstan isə onların qayıdışından qorxur.
Birlik rəhbəri, eyni zamanda Türkiyənin Ahıska türklərinə hərtərəfli dəstəyini xatırladıb: "Türkiyə bizə həm ölkə daxilində, həm də xaricdə hər cür dəstək verir. Türkiyə hərbi əməliyyatlar zonasında qalmış Ahıska türklərinə yardım əlini uzatdı. O, həmişə bizi işlə və qida ilə təmin edib. Gürcüstanda ahıskaların repatriasiyasına aid qanun yoxdur. Avropa Şurası ona bu məsələ ilə bağlı təzyiqlər göstərir. Türkiyə bu platformada da bizə hər cür dəstək göstərməyə davam edir. Prezident Ərdoğan da Gürcüstan rəhbərliyi ilə görüş keçirib. O həmişə problemimizə prioritet diqqət yetirir və Ahıska türklərinin hüquqlarını qoruyur".
“Biz tarixi torpaqlarımızdan türk xalqına mənsub olduğumuz üçün deportasiya olunduq. Bu gün bizim tarixi torpaqlarımızda ermənilər yaşayır”, - deyə Birlik rəhbəri əlavə edib.
Xatırladaq ki, Ahıska türklərinin Orta Asiyaya deportasiyası Stalinin 14 noyabr 1944-cü il tarixli əmri ilə həyata keçirilib.
Senzor.az