Gəncədə dəhşətli olay: oğul xəstə atasını boğub öldürdü – SONRA DA MEYİTİNİ YANDIRIB HƏYƏTİNDƏ BASDIRDI
RƏSMİ
Gəncə şəhər sakini Məmməd Məmmədov polisə müraciət edərək ruhi xəstə olan atası,1963-cü il təvəllüdlü Azad Məmmədovun itkin düşdüyünü bildirib.
 
Senzor.az-ın məlumatına görə, aparılan araşdırmalar zamanı həmin şəxsin qətlə yetirildiyi və yaşadığı evin həyətində basdırıldığı məlum olub.
 
Daha sonra həmin şəxsin elə oğlu M.Məmmədov tərəfindən qətlə yetirildiyi bəlli olub. O, şübhəli şəxs qismində saxlanılıb...
 
Faktla bağlı artıq Gəncə Şəhər Prokurorluğu da məlumat yayıb. Məlumatda deyilir: "10 dekabr 2021-ci il tarixdə Gəncə şəhəri, Ə.Məmmədov küçəsində fərdi yaşayış evində yaşayan 1963-cü il təvəllüdlü Azad Məmmədovun evdən çıxaraq getməsi və bir daha geri qayıtmaması ilə bağlı oğlu Məmməd Məmmədovun Gəncə Şəhər Nizami Rayon Polis İdarəsinə daxil olan müraciəti əsasında aparılan araşdırma zamanı prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlər”lə açılması təmin edilərək itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib.
 
Araşdırmalarla müəyyən edilib ki, dekabrın 8-i günorta saatlarında Məmməd Məmmədov yaşadıqları evdə atası Azad Məmmədov ilə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı onu əlləri ilə boğub öldürüb, daha sonra meyiti evin həyətinə çıxararaq yandırdıqdan sonra basdırıb.
 
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
 
Məmməd Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
 
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam edir".





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.