“Azərişıq"ın daha bir əməkdaşı bıçaqlandı – BU DƏFƏ SUMQAYITDA
Dekabrın 13-ü saat 18 radələrində “Azərişıq” ASC-nin Sumqayıt Elektrik Şəbəkəsinin Enerji satış sahəsinin nəzarətçi mühəndisi Vaqif Bədəlova bıçaqla xəsarətlər yetirilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
 
Senzor.az-ın Sumqayıt Şəhər Prokurorluğuna istinadən məlumatına görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Vaqif Bədəlov Sumqayıt şəhəri, 13-cü mikrorayon ev 36 ünvanında abonentin enerji xəttinə baxış keçirərək xidməti vəzifələrini yerinə yetirən zaman həmin ünvanda yaşayan Mübariz Mahmudov hakimiyyət nümayəndəsinin kürək nahiyəsinə bıçaqla xəsarət yetirib zor tətbiq etməklə müqavimət göstərib.
 
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanılıb.
 
Mübariz Mahmudov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
 
Hazırda istintaq davam edir.
 
Senzor.az xatırladır ki, son vaxtlar “Azərişıq” ASC-nin əməkdaşlarına qarşı bu cür aqressiv hərəkətlərin sayı artıb. Məsələn, dekabrın 9-da Lənkəranda qurumun əməkdaşının maşınının üstünə benzin töküb yandırmışdılar. 
 
Elə həmin gün Ağdamda da insident yaşanmışdı. Belə ki, abonent mübahisə zəminində “Azərişıq”ın iki işçisini bıçaqlamış, birini isə döymüşdü…





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.