Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında təkbətək görüş keçirilib.Senzor.az bildirir ki, sözügedən görüş Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı nahar əsnasında baş tutmuş üçtərəfli görüşdən sonra olub.
Məlumata görə, görüş dörd saat yarım davam edib.
Görüş başa çatdıqdan sonra Avropa İttifaqı Şurasının sədri Şarl Mişel yenidən onlara qoşulub.
Qeyd edək ki, bu, 44 günlük Vətən müharibəsindən sonra iki ölkə rəhbərləri arasında ilk təkbətək görüşdür.