Azərbaycan Brüssel sammitində Belarusa aid sənədə qoşulmadı - NİYƏ?
Dekabrın 15-də Brüsseldə keçirilmiş Şərq Tərəfdaşlığının (ŞT) 6-cı Zirvə Görüşündə ŞT ölkələri və Avropa İttifaqına üzv ölkələrin birgə bəyannaməsi qəbul edilib.
 

Birgə bəyannamədə deyilir ki, Avropa İttifaqı Şərq Tərəfdaşlığının bütün tərəfdaş ölkələrinin müstəqilliyi, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünə öz dəstəyini ifadə edir.
 
Bundan başqa, sənəddə Şərq Tərəfdaşlığı regionunda mehriban qonşuluq münasibətlərinə, etimad quruculuğu tədbirlərinə, regional əməkdaşlığa, nəqliyyat əlaqələrinin gücləndirilməsinə dəstək ifadə olunub.
 
Qeyd edək ki,bütün  bu məqamlar tamamilə Azərbaycanın post-münaqişə gündəliyinə uyğundur...
 
Birgə bəyannamədə, həmçinin Şərq Tərəfdaşlığı regionunda münaqişədən əziyyət çəkmiş əhaliyə yardımın vacibliyi qeyd olunur.
 
Azərbaycanla Avropa İttifaqı arasında yeni ikitərəfli müfəssəl sazişlə bağlı aparılan danışıqlarda əldə edilmiş tərəqqi alqışlanır.
 
Cənub Qaz Dəhlizi layihəsinin başa çatması alqışlanır. Qeyd olunur ki, Cənub Qaz Dəhlizi Avropaya qaz mənbələrinin və marşrutunun şaxələndirilməsidir.
 
Bununla da Avropa İttifaqı Azərbaycanın dəstəyi ilə ərsəyə gəlmiş qlobal layihəyə öz dəstəyini ifadə edib.
 
Sənəddə bütün ölkələrin peyvəndlərdən bərabər səviyyədə istifadə etməsinin vacibliyi də qeyd olunur. Bununla da Aİ faktiki olaraq Qoşulmama Hərəkatının sədri, Azərbaycanın dövlət başçısı Prezident İlham Əliyevin “peyvənd millətçiliyi”nə qarşı mövqeyinə dəstəyini ifadə edib.
 
Daha bir vacib məqam. 
Senzor.az bildirir ki, Azərbaycan bəyannamənin Belarusun daxili işlərinə aid olan bəndinə qoşulmayıb. 
 
Belə ki, Azərbaycan Respublikası özünü Şərq Tərəfdaşlığı Sammitinin 15 dekabr 2021-ci il tarixli Birgə Bəyannaməsinin 11-ci bəndindən ayırıb və bəyan edib ki, bu Birgə Bəyannamənin Qoşmasının 8-ci bəndində istinad edilmiş “münaqişənin təsirinə məruz qalmış regionlarda” Azərbaycan Respublikasının müvafiq müraciəti və razılığı olmadan həyata keçirilən hər hansı əməliyyata münasibətdə qeyd-şərti var.
 
Sammitdə Avropa İttifaqı Şurasının sədri Şarl Mişel də rəsmən bəyan edib ki, Azərbaycan birgə bəyannamənin Belarusdakı vəziyyətlə bağlı 11-ci bəndi ilə razılaşmayıb və həmin bəndlə bağlı öz mövqeyini ifadə edib.
 
Yəni bununla Azərbaycan bir daha nümayiş etdirdi ki, onun üçün ölkələrin suverenliyinə hörmət, daxili işlərinə müdaxilə edilməməsi qırmızı xəttdir. Azərbaycan insan hüquqları, humanitar məsələlərlə bağlı siyasiləşdirilmiş yanaşmanı, ikili standartları qəbul etmir. Azərbaycan öz dostlarını heç vaxt darda qoymur.








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.