Fransa Prezidenti Emmanuel Makron Fdcebook-dakı hesabında Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib.Senzor.az bildirir ki, o, statusunu Azərbaycan dilində yazıb:
“Biz davamlı sülh üçün həll yolları tapmalıyıq. Dünən axşam Prezident Əliyevlə, sonra da Baş nazir Paşinyanla birgə irəlilədik”, - paylaşımda bildirilib.
Daha sonra o, qeyri-formal keçirilən üçtərəfli görüşdə şəkil paylaşaraq fransızca, azərbaycanca və ermənicə yazıb: “Ermənistan, Azərbaycan, birlikdə!”
Qeyd edək ki, dekabrın 15-də Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan baş naziri Nikol Paşinyan arasında qeyri-formal görüş keçirilib.