Milli Məclisin müzakirəsinə çıxarılan “Media haqqında” qanun layihəsi ilə bağlı ən çox tənqid səsləndirən “Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev mövqeyini televiziyada açıq debatda əsaslandırmaq istəməyib.Bu barədə Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə onlayn iclasının gedişində məlum olub.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov çıxışı zamanı bildirib ki, layihə ilə bağlı bütün maraqlı tərəflərlə açıq müzakirələrə hazırdır. Amma qarşı tərəf iradlarını açıq debatda əsaslandırmaqdan çəkinir: “Biz bu qanun layihəsinin müzakirəsi zamanı müxtəlif debatlarda iştirak etmişik. Dünən də “İctimai Televiziya”dan belə bir dəvət aldıq və Mehman Əliyevlə açıq müzakirədə iştirak etməyə razılığımızı bildirdik. Amma sonradan məlum oldu ki, Mehman müəllim məsələnin bu cür debatlarda müzakirəsinə tərəfdar deyil”.
"Report" bildirir ki, M.Əliyev debatlardan imtinasını qanun layihəsi ilə bağlı ümumi strategiyanın olmaması ilə izah edir.