Bakıdan Gədəbəyə yas mərasiminə gedən qohumlar qəzaya düşdülər – 9 YARALI
YENİLƏNİB
Bakıdan Gədəbəyə gedən mikroavtobusun Ələt qəsəbəsində minik maşını ilə toqquşması nəticəsində xəsarət alan 9 nəfər Kliniki Tibbi Mərkəzə gətirilib.
 
Növbətçi cərrah Ramiz Kərimov APA-ya verdiyi müsahibədə bildirib ki, onlardan beş nəfərinə tibbi yardım göstərilib. 2010-cü il təvəllüdlü Əlili Əli Xaliq oğlu ağır kəllə beyin travması alıb. Əliyeva Samirə Nüsrət qızı qapalı kəllə beyin travması və baş beyin əzilməsi diaqnozları ilə ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. 3 nəfərdə müxtəlif nahiyələrdə sınıq xəsarətləri var. 4 nəfər isə ambulator müayinə olunduqdan sonra evə buraxılıb. Ümumilikdə 3 nəfər şöbəyə yerləşdirilib, iki nəfər isə ağır vəziyyətdə reanimasiya şöbəsində müalicəsini davam etdirir.
 
**23:53(17.12.2021)
 
Bakı-Qazax magistralının Ələt qəsəbəsi ərazisində qəzaya “VAZ-2107” markalı avtomobilin sürücüsü səbəb olub. APA-nın məlumatına görə, “VAZ-2107” markalı avtomobilin sürücüsü qəfil dönmə əməliyyatı edib. Bu zaman mikroavtobusun sürücüsü sükana nəzarəti itirərək nəqliyyat vasitəsini aşırıb. Xəsarət alanların hamısı mikroavtobusda olan sərnişinlərdir. **23:43
 
Bakı-Ələt yolunun 61-ci kilometrliyində avtobusla minik maşının toqquşması nəticəsində Kliniki Tibbi Mərkəzə 9 nəfər gətirilib.
Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, qəzada xəsarət alanların siyahısı belədir:
 
1. 2008-ci il təvəllüdlü Əliyeva Nigar
2. 1988-ci il təvəllüdlü Əliyeva Samirə
3. 2010-cu il təvəllüdlü Əlili Əli
4. 1960-cı il təvəllüdlü Qəhrəmanova Akifə
5. 1968-ci il təvəllüdlü Ağabəyova Gülzar
6. 1961-ci il təvəllüdlü Məmmədova Təranə
7. 1994-cü il təvəllüdlü Mərdarov Zabit
8. 1998-ci il təvəllüdlü Ağabəyova Əfsanə
9. 1971-ci il təvəllüdlü Əliyev Xaliq
 
Xəsarət alanlardan 3 nəfər reanimasiyadadır. 1 nəfər neyrotravma, 1 nəfər travma şöbəsinə yerləşdirilib. Digərlərinə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.
**23:18
 
Ələt qəsəbəsində ağır yol qəzası baş verib.
 
APA-nın məlumatına görə, “Ford Transit” markalı avtomobil “VAZ-2107” markalı avtomobillə toqquşub. Nəticədə 9 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara yerləşdirilib.
 
Onların Gədəbəyə yas mərasiminə gedən yaxın qohumlar olduğu bildirilir.
 
Faktla bağlı araşdırma aparılır.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.