ABŞ-da Elmar Məmmədyarovun oğluna qarşı məhkəmə iddiası – 4,5 MİLYONLUQ MÜLKLƏR SÖHBƏTİ YENİDƏN GÜNDƏMDƏ
Nyu-York Mellon Bankının (THE BANK OF NEW YORK MELLON) iddiası əsasında Nyu-York əyalət məhkəməsi (New York County Courts) keçmiş xarici işlər naziri Elmar Məmmədyarovun oğlu Emin Məmmədyarova qarşı vergi davası açıb. 
 
“Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat paylaşıb.
 
Onun iddiasına görə, vergi davasına sabiq nazirin oğlunun adına aldığı 4.5 milyonluq mənzillərlə bağlı məlumatlar ictimailəşəndən sonra - 2020-ci ilin oktyabrında start verilib.
 
Məlumata görə, iddia Riversayd bulvarı, Tramp-Pleysdəki binalarda alınmış mənzillərlə bağlıdır.

Senzor.az-dan xatırlatma: Elmar Məmmədyarovun ABŞ-dakı mülkləri barədə məlumatlar mediada hələ ötən ilin ortalarında yayılmışdı. Məşhur iqtisadçı Qubad İbadoğlu vurğulamışdı ki, Azərbaycanın guya ən təmiz naziri kimi tanınan Elmar Məmmədyarovun oğluna məxsus hərəsi 141 kv metr, 2 yataq, 1 qonaq otağından və 2 hamamdan ibarət olan Nyu Yorkda Manhattanda yerləşən mənzillərin birlikdə aylıq əmlak vergisi və kommunal xərcləri (elektrik enerjisi istisna olmaqla) 3200 dollardır:”Bu məbləğə hər iki ev üçün ayda 1784 dollar (hər ev üçün 892 dollar) əmlak vergisi də daxildir”. 

O, əlavə etmişdi ki, Elmar Məmmədyarovun nazir kimi aylıq əmək haqqı 1925 manatdır və bu yalnız 1 mənzilin aylıq əmlak vergisi və kommunal xərclərinin 70 faizini ödəməyə bəs edir...

E.Məmmədyarovun özü isə bu məsələ barədə istefaya göndəriləndən sonra “Azadlıq radiosu”na verdiyi müsahibədə danışmışdı. Jurnalistin “Siz vəzifədən azad olunmamışdan öncə oğullarınızın Nyu-Yorkda 4 milyonluq mənzil alması haqda iddialar yayıldı. O zaman nazirliyin mətbuat katibi bununla bağlı açıqlama vermədi ki, bu şəxsi məsələdir. Bu məsələyə indi özünüzün aydınlıq gətirməyinizi istəyirik” xatırlatma-xahişinə cavab olaraq E.Məmmədyarov demişdi: “Mən də təkrar edirəm bu şəxsi məsələdir”.
 
Jurnalist bu fikirlə razılaşmamışdı: “ Bir nazirin bu qiymətə mülk alması şəxsi məsələ sayıla bilməz axı…”.
 
Sabiq nazir də, necə deyərlər, geri çəkilməmişdi: “Necə yəni olmur, mənim şəxsi işimdir də?! Siz bank deyilsiniz məndən tələb edəsiniz ki, haradan pul almışam, qazanmışam, necə almışam və s. Ona görə ən asan diplomatik cavab verirəm ki, bu, şəxsi məsələdir. Amma inandırım sizi, Amerika sistemində belədir ki, orda nədənsə şübhələnsəydilər bir sent, bir qəpik, bir manat belə götürməzdilər”.
 
Bu da şübhə.., bank, vergi və məhkəmə iddiası. Görəsən, E.Məmmədyarov indi nə "diplomatik cavab" verəcək?





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.