Avropa Şurasının azərbaycanlı eksperti - CÜMŞÜD NURİYEV KONKRET HANSI İŞLƏRLƏ MƏŞĞUL OLUR?
Siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev xeyli vaxtdır ki, Avropa Şurasının diskriminasiya  məsələləri üzrə hüquq eksperti kimi fəaliyyət göstərir. 
 
Bu barədə moderator.az-a politoloqun özü   məlumat verib.
 
“Artıq 5-ci aydır ki, mən Avropa Şurasının diskriminasiya məsələləri üzrə eksperti kimi çalışıram. Bu beynəlxalq təşkilatın müvafiq qurumu ilə rəsmi müqavilə bağlamışam. Mən daha çox ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliklər, soyqırımlarıyla, eləcə də XX əsrin əvvəllərindən bəri Qərbi Azərbaycanda və Qarabağda soydaşlarımızın yaşam haqlarının tapdanmasıyla bağlı sənədlər hazırlayıram. Çünki Azərbaycan daxilində diskriminasiya, yəni milli ayrı-seçkiliklə əlaqəli heç bir ciddi problem yoxdur. Ölkəmiz muitukultural, tolerant bir ölkədir. Ermənilərin guya Azərbaycanda özlərinin və digər millətlərinin haqlarının pozulmasıyla bağlı verdiyi məlumatların 90 faizi təkzib olunub. Bu sahədə Azərbaycanı heç kəs ittiham edə bilməz. Ölkəmizdə nə milli, nə də dini səviyyədə heç bir diskriminasiya yoxdur. O məsələlər artıq müzakirə olunub və öz həllini tapıb.  
 
Mütəmadi olaraq AŞ əməkdaşlarıyla onlayn görüşlərə də çıxaraq Ermənistanın 1-ci Qarabağ müharibəsi və 44 günlük savaş zamanı Azərbaycanın mülki vətəndaşlarına qarşı törətdikləri misli görünməmiş qeyri-insani aktları müxtəlif aspektlərdə izahatını verirəm. Eyni zamanda AŞ-ın göndərdiyi materiallara rəy yazıram”,
– deyə politoloq bildirib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.