Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq - DÖVLƏT BAXÇALININ TAPŞIRIĞI İLƏ...
FOTO

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bununla bağlı müvafiq tapşırığı Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı verib.

 

MHP sədrinin müavini İsmail Özdəmir bildirib ki, qərar Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri, şair və maarifçi, Azərbaycanın Dövlət Himninin sözlərinin müəllifi Əhməd Cavadın anadan olmasının 132-ci ildönümü ilə əlaqədar qəbul edilib.

 

Özdəmirin sözlərinə görə, yeni İnstitutun yaradılması şairin, həmçinin məşhur “Çırpınırdı Qara dəniz” mahnısının sözlərinin müəllifi olan Əhməd Cavadın yaradıcılığının hərtərəfli təhlili məqsədi daşıyır.

 

“Əhməd Cavad adına İnstitutun fəaliyyəti türk xalqlarının yaxınlaşması və həmrəyliyi işinə növbəti töhfə olacaq. MHP-nin mərkəzi aparatının binasında fəaliyyət göstərəcək yeni struktura Partiya sədrinin baş müşaviri, professor Ruhi Ersoy rəhbərlik edəcək”, - deyə MHP sədrinin müavini vurğulayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.