Vüqar Səfərliyə hökm oxundu: 10 il 6 ay həbs cəzası - EVLƏRİ VƏ BANK HESABI MÜSADİRƏ EDİLDİ
YENİLƏNİB
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
 
Senzor.az bildirir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Hökmə əsasən, digər təqsirləndirilən – N.Məmmədov 6 il, B.İsmayılov, Ə.Vəliyev, N.Məmmədov, B.Fətullayev, T.Xəlilov, T.Tahirov, V.Orucov, T.Yaqubova, Ş.İbrahimov və N.Hacıyevə müəyyən sınaq müddəti seçilməklə şərti cəza verilib.
 
Hökmdə qeyd edilib ki, bütün təqsirləndirilən şəxslərin üzərinə müəyyən məbləğ ödəmək öhdəliyi qoyulub. Təqsirləndirilən şəxslər həmin məbləği Medianın İnkişafı Agentliyinə ödəməlidirlər.
 
Eyni zamanda hökmdə göstərilib ki, V.Səfərli Bakının Xətai rayonunda, İsmayıllı rayonunda yerləşən fərdi yaşayış evi müsadirə edilib, bank hesabına həbs qoyulub.
 
Bundan başqa, N.Məmmədovun torpaq sahələri, Ə.Vəliyevin Mətbuat prospektində yerləşən çoxmərtəbəli yaşayış binası və digər daşınmaz əmlakları da müsadirə olunub.
 
**17:42
 
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilir.
 
Senzor.az bildirir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə V.Səfərli son söz deyib.
 
O, məhkəmədən bəraət istəyib.
 
Digər təqsirləndirilən N.Məmmədov da cinayət işi üzrə təqsirsiz olduğunu deyib.
 
Daha sonra məhkəmə müşavirə otağına yollanıb.
 
Müşavirədən qayıdan hakimlər kollegiyası hökmü elan edib.
 
Hökmə əsasən, V.Səfərli cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Qeyd edilib ki, o, 3 il dövlət orqanlarında vəzifə tuta bilməz.
 
Proses davam edir.
 
Xatırladaq ki, dövlət ittihamçısı V.Səfərlinin 11 il, B.İsmayılov 7 il, Ə.Vəliyev 7 il, N.Məmmədov 7 il, B.Fətullayev 2 il, T.Xəlilov 2 il, T.Tahirov 7 il, V.Orucov 2 il, T.Yaqubova 6 il şərti, Ş.İbrahimov 2 il və N.Hacıyevin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
 
Qeyd edək ki, cinayət işi üzrə V.Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi.
 
İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilib, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.
 
Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.