
Tbilisi küçələrində “xarici agentlər” haqqında qanuna qarşı növbəti yürüş keçirilir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bir neçə günlük sakitlikdən sonra etirazçılar Azadlıq meydanından Gürcüstan Daxili İşlər Nazirliyinin binasına doğru yürüş keçiriblər.
İzdihamda Gürcüstan, Avropa İttifaqı və Ukrayna bayraqları ilə yanaşı Amerika bayraqları da gözə dəyir. Ekspertlərin fikrincə, bu, Amerika siyasətçilərinin Gürcüstan hakimiyyətini sanksiyalarla hədələməsi ilə həmrəylik əlamətidir.
Paytaxtın bəzi yerlərində nəqliyyatın hərəkəti dayanıb. “Gürcü Arzusu”nun baş ofisinə çoxlu polis qüvvələri cəlb olunub.
Senzor.az