
Bilirsinizmi ki, Azan-ı ilk dəfə 622-ci ildə Peyğəmbərin tapşırığı ilə Bilal adlı şəxs oxuyub?
2020-ci ildə işğaldan azad edilmiş ərazilərimizin ruh yüksəkliyində Azan-ı bayrağımızla bir yerdə ucaldan qazimiz necə, yadınızdadır?
Bəs Allahın Zəngilandakı Evinə Azanın Azan ucalığından varid olduğu?
Heç ağlınızdan keçibmi ki, Azan-ı nota köçürmək olar ya yox? Şəriət, din buna icazə verirmi? Ümumiyyətlə, Azan nədir?
Senzor.az bildirir ki, bu və digər suallarınıza Real Təhlil İnformasiya Mərkəzinin rəhbəri Mir Şahin Ağayevin “Azanın nota köçürülməsi” adlı tele-essesinə baxmaqla cavab tapa bilərsiniz.
Yeri gəlmişkən , tanınmış jurnalist öz ekran işini tamaşaçılarına mayın 24-də Real TV-nin axşam efirində təqdim edib.
Siz də baxın. Çox şey öyrənəcəksiniz. O cümlədən Zəngilanda inşa edilmiş məbədin başqa məscidlərdən nə ilə fəqləndiyini, azad edilmiş ərazilərdə inşa olunan məscidlərin Allah dərgahına daha yaxın olduğunu...