XOCALI AÇARI İLƏ AÇILANLAR VƏ... BAĞLANANLAR
MİR ŞAHİN YAZIR

Azərbaycan xalqı bütün tarixinin ən şərəfli çağlarını yaşayır. Normal ağıl və sağlam şüurun belə çətin dərk etdiyi nəhəng hadisələrin iştirakçılarıyıq: 

30 ilə yaxın Şuşanın, Laçının işğal, süqut ayı kimi qarşıladığımız May matəmdən, məğlybiyyətdən çıxıb. 2024-cü ilin may ayı hər bir vicdanlı, namuslu azərbaycanlının ömürlük fəxr etməli olduğu hadisə ilə-Şuşaya qayıdışla başladı.

Laçına dönən vətəndaşlarımızın fərəhinin şahidi olduq. 

 

İki gündür Xocalıya qayıdan sakinlərimizin bəxtəvərliyini bölüşürük. Prezident İlham Əliyev Şuşada yaşayacaq insanlarımıza tarixi mənzillərinin açarlarını vermişdi. Bu dəfə də Xocalıda evlərini Qarabağın əsil sahibləri kimi qəbul edən xocalılara açar təqdim etdi. 

 

Vicdanlı azərbaycanlı təpədən dırnağa sevinc içindədir. Amma yalnız vicdanlı! Prezidenti ilə birlikdə, bir ailənin üzvləri kimi bəxtiyarlıq saçan insanların danışıq, söhbət izdihamı, sevinc nidaları, bəzən hətta anlaşılmaz dərəcədə bir-birinə qarışan səs-küyü 1992-ci ilin fevral ah-naləsini, haray səsini, o müdhiş helikopterin mühərrikinin gurultusuna qarışan hönkürtünün üstünü bağlamaqdadır. 

 

Məğlubiyyəti Zəfər belə qapayır! Prezident İlham Əliyevin, Birinci Xanım Mehriban Əliyevanın təqdim etdiyi açarların mənası Müstəqil Azərbaycan qədər, 28 May Bayramının özü qədər böyükdür. Hər mənzil sahibi öz açarı ilə bu yurdda gerçək müstəqil ömür, gələcək tale payını qəbul edir. 

 

Vicdanlı Azərbaycanlı sevinir!-dedik. 

Bəs vicdansız? Əlbəttə ki, dərdə batır. Kədərə qərq olur. Çünki onların əlindən bütün arqumentlər çıxıb. Dövlətimizin, Şərəf Aqibətimizin müəllifinin- İlham Əliyevin, onun təmsilçiliyi ilə böyük xalqın üzərinə gəlməyə bir doğruları belə yoxdur. Yalanların ümidinə qalıblar. Uydururlar, mətn halına salırlar, sonra bu qara ifriraları internet resursları vasitəsilə dövriyyəyə buraxırlar. “Yalan nə qədər böyük olarsa, inanarlar!”-deyə. “Beşi inanmasa da beşi inanacaq”-məntiqilə. “Böhtan təkzib edilənə qədər hər halda öz işini müəyyən qədər görmüş olacaq”-deyə.

 

Bu interfırıldaqçılar fake-xəbərlərlə vaxtaşırı sosial şəbəkələrdə peyda olur. Məsələn, Qurban Məmmədov kimi. Guya Mir Şahin ona zəng edib, nələrsə deyib, nəyisə xahiş edib… Qurban Məmmədov həmişəki kimi öz “əxlaq” çərçivəsində davranıb. Əslində isə məsələ belədir: 

Quгban Məmmədov bir xanım həmkarımla Çıdır düzündə çəkdirdiyimiz şəkli öz yayım resursunda nümayiş

etdirib. Həqarətlə. 

Təhqiramiz şərhlə müşayiət edərək. Mən isə ona layiq olduğu şəkildə, son dərəcə sərt və təhqiramiz mesaj göndərmişəm. Təbii ki, heç bir telefon zəngi olmayıb. Mesajlaşmamızı isə burada yalnız etik baxımdan yerləşdirmirəm. Vəssəlam. Qurbanın “üzə durmaq” janrında danışdığı nağılın motivi budur: mesajlarım!

 

Və bu şər, böhtan dağarcığı uydurduğu nağılı bir neçə gündür ki, danışır. Dayanmadan. Öz yayım imkanları və baxış dairəsinə uyğun qara piar aparır. Bəlkə də bu barədə danışmamaq olardı. Amma öz hədəflərinin cavab verməyəcəyinə, “it hürər, karvan keçər!” deyəcəyinə arxayın olan gədə-güdələr məndə yanılırlar. 

Cavabım mütləq olacaq. Çünki qalib, məğrur Azərbaycanın tarixində əzəmətli hadisələr baş verəndə, belə siçovullar meydana çıxır, murdarlayır, açıq yalanlarla, böhtanlarla, qarayaxmalarla mövzunu dəyişməyə çalışırlar. Çünki sosial şəbəkələrdə orta statistik dərrakə arzuolunan səviyyədə deyil. Burda diqqəti Xoşbəxt Xocalı Qayıdışından daha tez populizmə, qaragüruha hesablanmış yalanlarla cəlb etmək olar. 

 

Fürsətdən istifadə edərək hər bir şəbəkə istifadəçisindən diqqətli olmağı xahiş edirəm. Belə dələduzlara etibar etməyin. Əksinə onlarla mübarizə aparın. Bizim olduğumuz yer Cıdır düzüdür, Cıdır ucalığıdır. Onların yeri isə-məsələn bu dəfə Qurban alçaqlığı.

 

Onu, onun kimilərini ağlını itirmək həddə çatdıran isə Azərbaycanın Qələbəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi dəyişə bilmək qüdrətidir. Qurban kimilər yaxşı qanırlar ki, bu gün Şuşada, Laçında, Xocalıda Prezidentin təqdim etdiyi açarlarla yalnız mənzillərin qapısı açılmır. Bu açarlarla o həm də Qurban kimi şarlatanların bəsirət qapısını bağlayır.


Mir Şahin AĞAYEV,

REAL Təhlil İnformasiya Mərkəzinin direktoru  






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.