Ərdoğan Azərbaycan və Ermənistana müraciət etdi: "ŞANSINIZI QAÇIRMAYIN!"

Azərbaycanın tarixi torpaqlarının çoxillik erməni işğalından azad edilməsindən sonra Cənubi Qafqazda uzunmüddətli sülhün təmin olunması üçün tarixi şərait yaranıb. 

 

Senzor.az bildirir ki, bunları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İzmir vilayətinin Doğanbey rayonunda keçirilən “EFES-2024” beynəlxalq hərbi təlimlərinin “Müşahidəçi günü”ndə çıxış edərkən deyib.

 

Bakı ilə İrəvan arasındakı vəziyyəti şərh edən Türkiyə lideri vurğulayıb ki, sülhün bağlanması üçün indiki fürsəti əldən vermək olmaz: “Qarabağın 30 illik işğaldan sonra azad edilməsi bölgədə tarixi fürsət pəncərəsi açıb və bu fürsətdən istifadə etmək lazımdır. Erməni xalqı gələcəyini xaricdə "qəzəl" oxuyanlarda deyil, əsrlərdir birlikdə yaşadığı qonşularında görməli, anlamalı və lazım olanı cəsarətlə etməlidir”.

 

Türkiyə Prezidentinin sözlərinə görə, Ankara həm regionda, həm də beynəlxalq arenada sülhün və sabitliyin bərqərar edilməsinə çalışır. O əlavə edib: “Sülh istəyirsənsə, müharibəyə hazır olmalısan. Ölkəmiz, həmçinin dost və qardaş ölkələrə əlindən gələn köməyi göstərməyə hazırdır. Biz Türkiyə kimi, dost dövlətlərin də təhlükəsizliyinə əhəmiyyət veririk”. 

 

Rəcəb Tayyib Ərdoğan onu da bildirib ki, Ankaranın qonşu dövlətlərə heç bir iddiası yoxdur.

 

Türkiyə Prezidenti beynəlxalq əməkdaşlığın ölkələrin maraqları və təhlükəsizliyi baxımından, o cümlədən müdafiə sektorunda əhəmiyyətinə diqqət çəkib.

 

Ərdoğan qeyd edib ki, hazırkı “EFES-2024” beynəlxalq təlimləri zamanı Türkiyədə ilk dəfə olaraq müdafiə sənayesinin 33 müxtəlif istiqamətindən istifadə edilib. “Məqsədimiz qarşılıqlı faydalı əməkdaşlıqdır. Türkiyə müdafiə sənayesi sahəsində təcrübəsini dost ölkələrlə bölüşməyə hazırdır”, - deyə Prezident bildirib.

 

Türkiyənin dövlət başçısı xatırladıb ki, 2023-cü ilin sonuna qədər onun ölkəsinin müdafiə sənayesində ixracatın həcmi 5,5 milyard dollara çatıb. “Ötən il Türkiyənin müdafiə şirkətlərindən 185 ölkəyə 230 adda məhsul tədarük edilib. Ümumi dəyəri 10 milyard 250 milyon dollar olan müdafiə təyinatlı məhsulların tədarükü üçün yeni müqavilələr imzalanıb”, - deyə siyasətçi bildirib.

 

Prezident Ərdoğan qeyd edib ki, bu gün “EFES-2024” təlimləri çərçivəsində təşkil edilən sərgidə Türkiyə istehsalçılarının bəzi yeni məhsulları nümayiş etdirilir.

 

Türkiyə lideri diqqəti ölkəsinin təhlükəsizlik problemlərinə çəkib və Ankaranın cənub sərhədlərində terrorçuların nəzarətində olan zonanın formalaşmasına imkan verilməyəcəyini vurğulayıb.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.