İsrailin baş naziri Benyamin Netanyahu və onun əlaltılarının fələstinli mülki şəxslərə qarşı qanlı cinayətlərinə son qoyulmalıdır.
Senzor.az bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bölgəni və bütün dünyanı fəlakətə sürükləyən Netanyahu adlı qaniçən barbar və quldur dayandırılmalıdır”, - deyə Türkiyə lideri xüsusilə qeyd edib.
Onun sözlərinə görə, Türkiyə bunun üçün bütün imkanlarından istifadə edərək Fələstin xalqının öz hüquqları uğrunda ədalətli mübarizəsini dəstəkləyir: “Türkiyə bütün platformalarda fələstinlilərə qarşı 76 illik zülm, qırğın və ədalətsizliyə qarşıdır”.
Dövlət başçısı Ankaranın ölkənin milli təhlükəsizliyinə İraqın şimalından və Suriyadan gələn terror təhlükəsini aradan qaldırmaq əzmində olduğunu bir daha vurğulayıb. “Türkiyə Şimali İraq və Suriyada terror törədən bataqlıqları qurutmadıqca özünü təhlükəsiz hiss edə bilməz”, - deyə siyasətçi qeyd edib.
Senzor.az