
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə faktı ilə bağlı müxtəlif hərbi hissələrdə çalışmış daha iki maliyyə xidmət rəisi həbs edilib.
"Unikal" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi çərçivəsində müxtəlif hərbi hissələrdə maliyyə xidməti rəisi vəzifəsində çalışmış Cəbrayıl Orucov və Vahid Novruzlu təqsirləndirilən şəxs qismində cəlb ediliblər.
Onların hər ikisi barəsində Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.
Sabiq maliyyə xidməti rəisləri barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə DTX-nın İstintaq Baş İdarəsi tərəfindən vəsatət verilib.
Bakı Hərbi Məhkəməsi tərəfindən hər iki şəxs barəsində dörd ay həbs qətimkan tədbiri seçilib.
İstintaqı və məhkəmə baxışı davam edən işlər üzrə dövlət büdcəsinə dəymiş ziyanı hazıradək ödəmədikləri üçün hər iki şəxs barəsində hüquqi məsuliyyət tədbirlərinin görüldüyü məlum olub.