Paşinyan Azərbaycanla sülh sazişi imzalamağa hazırdır – MDB-nin QEYRİ-RƏSMİ SAMMİTİNDƏ İLHAM ƏLİYEVLƏ GÖRÜŞMƏK İSTƏYİR
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək Müstəqil Dövlətlər Birliyinin qeyri-rəsmi zirvə görüşündə iştirak edəcək.
 
Senzor.az Kremlin mətbuat xidmətinə istinadən bildirir ki, dekabrın 28-də Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə ənənəvi olaraq MDB üzv ölkələrinin dövlət və hökumət başçılarının qeyri-rəsmi görüşü keçiriləcək.
 
Tədbirdə Prezident İlham Əliyevlə yanaşı, Belarus Prezidenti Aleksandr Lukaşenko, Ermənistan baş naziri Nikol Paşinyan, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, eləcə də ilk prezident, Elbaşı Nursultan Nazarbayev, Qırğız Respublikası Prezidenti Sadir Caparov, Özbəkistan Prezidenti Şovkat Mirziyayev, Tacikistan Prezidenti Emoməli Rəhmon və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov iştirak edəcəklər.
 
Bu arada Ermənistanın baş naziri Nikol Paşinyan sammit çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə qeyri-rəsmi görüş keçirmək niyyətində olduğunu bildirib.
 
Bu barədə o, “Facebook”dakı səhifəsində canlı yayımda deyib: “Mən bu görüşə gedəcəm. Hələlik İlham Əliyevlə ikitərəfli görüşdən söhbət getmir, lakin qeyri-rəsmi görüşün baş tutacağı ehtimalı var".
 
N.Paşinyan onu da bildirib ki, Ermənistan Azərbaycanla sülh sazişi imzalamağa hazırdır.
 
“Əlbəttə, biz bu mövzuda danışıqlara başlamağa və sülh müqaviləsini imzalamağa hazırıq. Bu yaxınlarda ATƏT-in Minsk Qrupunun həmsədrləri danışıqlar üçün gündəlik təklif etmişdilər ki, onun bəndlərindən biri də hərtərəfli sülh yolu ilə nizamlanma məsələsi idi. Bəli, biz bunda maraqlıyıq”, - deyə Paşinyan vurğulayıb.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.