Rusiya Ermənistanda Qarabağdan olan erməni uşaqlarına rus dili öyrədəcək
NƏ ÜÇÜN?

Ermənistanda Qarabağdan köçmüş ermənilərin uşaqları üçün rus dilini öyrədən yay düşərgəsi fəaliyyətə başlayır. 

 

Senzor.az haqqin.az-a istinadən bildirir ki, hərtərəfli proqram Rusiyanın Humanitar Missiyası tərəfindən hazırlanıb.

 

Qurumun rəsmi internet saytında qeyd edildiyi kimi, Rusiya Humanitar Missiyası qeyri-hökumət təşkilatıdır və onun missiyası “beynəlxalq humanitar fəaliyyətlər həyata keçirməkdir”. Onun fəaliyyəti “Rossotrudniçestvo” tərəfindən dəstəklənir.

 

Yeri gəlmişkən, bu ilin fevral ayında təşkilat Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan rus dili və ədəbiyyatı müəllimləri üçün “MDB-də rus dili - yeni üfüqlər” adlı beynəlxalq müsabiqəyə start verib. Müsabiqə Rusiya Prezidentinin qrantı hesabına maliyyələşdirilir və hazırda davam edir. 

Bildirilir ki,"keçmiş Dağlıq Qarabağdan olan uşaqları rus dilində gündəlik dərslər gözləyir, burada danışma, oxu və s.bacarıqlarını inkişaf etdirmək üçün oyun tədris vasitələrindən istifadə ediləcək".

 

Yaradıcı proqram çərçivəsində şagirdlər  teatr studiyasında işləyəcək və təsviri sənətlə məşğul olacaqlar. Dərslər müəllimlər və psixoloqlar tərəfindən aparılacaq.

 

Sentyabrın 7-də Ermənistanın Kotayk rayonunda Aleksandr Puşkinin 225 illiyinə həsr olunmuş birinci dil məktəbi işə başlayacaq, onun iştirakçıları doqquzdan on üç yaşa qədər olan əlli uşaq olacaq. Təlim iyirmi gün davam edəcək.

 

Layihə İrəvandakı Rus Evinin dəstəyi və “Rosatom” dövlət korporasiyasının maliyyə iştirakı ilə həyata keçirilir. Əvvəlki illərdə Korporasiya Ermənistanda rus dilinin tədrisinin səviyyəsinin yüksəldilməsinə yönəlmiş bir sıra tədbirlər keçirib. Ötən il qurum erməni tərəfini rus dilində əlli üç mindən çox dərslik və Qarabağdan köçkünlər üçün humanitar yardımla təmin edib.

 

Onu da xatırladaq ki, bu yaxınlarda Rusiyanın ilin sonuna qədər Xankəndidə konsulluq açmaq planları barədə məlumat yayılmışdı. Bunu Moskvada Azərbaycan Milli Məclisinin Beynəlxalq Əlaqələr Komitəsinin sədri Səməd Seyidovla görüşdə Federasiya Şurasının Beynəlxalq Münasibətlər Komitəsinin rəhbəri Qriqori Karasin demişdi.

 

Yeri gəlmişkən, Q.Karasin həmin fikrini bu gün Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPBİF) çərçivəsində keçirilən Rusiya-Azərbaycan sessiyasında bir daha təkrar edib:  “Qeyd etmək istərdim ki, Azərbaycanda baş konsulluqlarımızın yaradılması əlaqələrimizin mütərəqqi inkişafı, o cümlədən ticari-iqtisadi əməkdaşlığın inkişafı üçün yeni imkanların axtarışı baxımından uyğun olardı. Hazırda azərbaycanlı dostlarla bu barədə söhbət aparırıq və ümid edirik ki, bu da uğurlu olacaq”. 


Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.