SSRİ-nin çökməsindən düz 30 il sonra, 25 dekabr 2021-ci ildə Amerikanın Moskvadakı səfirliyində qəribə hadisə baş verib.Senzor.az yerli KİV-ə istinadən bildirir ki, səfirliyin binasında gözlənilmədən işıq proyeksiyası ilə Sovet İttifaqının bayrağı peyda olub.
"Art qrup"lardan birinin üzvü olduğu iddia edilən naməlum şəxs ABŞ-a qeyri-adi yeni il təbriki ünvanlayıb. Hadisə ilə bağlı Rusiya mediası yazıb:
"Müəllif "Sem dayı"nı Milad bayramı münasibətilə təbrik edərək, öz yazısı ilə xatırladıb ki, 30 il əvvəl ABŞ-ın rəqibi olan fövqəldövlət Sovet İttifaqının dağılması onun gözəl hədiyyəsi olub. ABŞ səfirliyinin binasında belə bir mətn peyda olub-"Sem dayı, Milad bayramınız mübarək! 30 il əvvəl sənin gözəl hədiyyən var idi-25 dekabr 1991-ci il. Amma daha hədiyyələr olmayacaq. Böyük Rusiya yenidən doğulur".
Xatırladaq ki, SSRİ 1922-ci il dekabrın 30-dan 1991-ci il dekabrın 26-dək mövcud olub.