Qalstanyanın tərəfdarları gecəni parlament binası yaxınlığındakı çadırlarda keçiriblər - YENİLƏNİB
FOTO/VİDEO

“Vətən uğrunda Tavuş” hərəkatının tərəfdarları gecəni Baqramyan prospektində, birbaşa Ermənistan parlamentinin binası qarşısında qurduqları çadırlarda keçiriblər.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Proşyan-Dəmirçyan küçələrinin kəsişməsində toplaşan etirazçılar da onlara qoşulub.

 

Vətəndaşlar parlament binasına gedən yol ayrıcında 15-ə yaxın çadır qurublar. Bina hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən mühasirəyə alınıb. Baqramyan prospektində nəqliyyatın hərəkəti dayandırılıb. İctimai nəqliyyat alternativ yollardan istifadə edir.

 

Bir gün əvvəl Respublika meydanında keçirilən mitinqdən sonra etirazçılar Baqramyan prospektinə yürüş ediblər. Polis onların yolunu kəsərək Dəmirçyan küçəsinə girməyə icazə verməyib və bunu Milli Məclisin fasiləsiz fəaliyyətinin təmin edilməsinin zəruriliyi ilə izah edib.

 

Yürüş iştirakçılarından bəziləri yerində qalıb, digərləri isə hərəkatın lideri arxiyepiskop Baqrat Qalstanyanın rəhbərliyi ilə Proşyan-Dəmirçyan küçələrinin kəsişməsinə doğru yollanıb.

 

Uzun sürən danışıqlardan sonra polis kordonundan yalnız üç müxalifət deputatı - Artur Sarkisyan, Tiqran Abramyan və Aqnessa Hamoyan keçə bilib.

 

Daha sonra arxiyepiskop Qalstanyan toplaşanları Baqramyan prospektinə qayıtmağa və qalan piketçilərə qoşulmağa çağırıb.

 

Xatırladaq ki, mitinqdə arxiyepiskop Qalstanyan “Vətən uğrunda Tavuş” hərəkatının tərəfdarlarını baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan hökumətinin istefasına nail olmaq üçün iyunun 10-dan etibarən dörd günlük fasiləsiz aksiyalara başlamağa çağırıb.


**22:56 (09.06.2024)


Ermənistanın “Vətən uğrunda Tavuş” müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan iyunun 10-da hakimiyyətə öz iradələrini diktə etmək üçün 96 saat ərzində kütləvi itaətsizlik və etiraz aksiyalarına toplaşmağa çağırıb.

 

Senzor.az kütləvi aksiyanı yayımlayan  yerli xəbər portallarına istinadən bildirir ki, Qalstanyan mitinqdəki çıxışında indi qərar verməli olduqlarını bəyan edib.

 

“Sabahdan etibarən yalnız dörd gün fasiləsiz, işə getmədən, istirahət etmədən və yatmadan küçələrə çıxıb iradəmizi ortaya qoysaq, üzərimizə düşən vəzifəni həll edə bilərik", - deyə Qalstanyan vurğulayıb. 

Ermənistan müxalifətinin lideri deputatları da hökumətin buraxılması məsələsini müzakirə etmək üçün iyunun 11-də iclas keçirmək təşəbbüsü göstərməyə çağırıb: “Bizim tələbimizlə parlamentin müxalif deputatları iyunun 11-də saat 18:30-da qanunverici orqanın növbədənkənar iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edirlər. Gündəm hakimiyyətin istefası və yeni hökumətin formalaşdırılmasıdır".

 


**19:11


"Vətən Naminə Tavuş" hərəkatının lideri, keşiş Baqrat Qalstanyan çağırışı ilə İrəvanın Respublika meydanında hökumət əleyhinə mitinq başlayıb.


“News.am” xəbər verir ki, Baqrat Qalstanyan mübarizənin həlledici mərhələyə qədəm qoyduğunu və mitinqdə atacağı qəti addımı açıqlayacağını bildirib.


Bir qrup gənc də müxtəlif istiqamətlərdə yürüş keçirərək aksiyaya qoşulub.


Etirazçılar baş nazir Nikol Paşinyanın və hökumətinin istefasını tələb edirlər.

Qeyd edək ki, meydan və hökumət binası yaxınlığında böyük polis qüvvələri cəmləşib.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.