1993-cü ilin iyununda Elçibəy postunu, dövləti və xalqı qoyub Bakıdan niyə qaçmışdı? -
MİR ŞAHİNİN YENİ “MƏSULİYYƏT ÇATIŞMAZLIĞI SİNDROMU” REPORTAJI

“İyun 1993-cü il. Gəncə-yayın istisini artıran vətəndaş həyəcanı. O zaman baş verənlərə müxtəlif adlar qoyublar. Bu, hakimiyyət böhranı idi? Ola bilər. Bəlkə dövlət böhranı? O da yəqin ki... Amma məncə, baş verənlərin əsas adlarından biri məsuliyyət böhranı idi. Hə, Azərbaycanı parçalamış, vətəndaş müharibəsinə çevrilmiş hadisələrin səbəbləri səriştəsizlik, təcrübəsizlik idi. Ancaq daha çox məhz dövlət səviyyəsində məsuliyyətsizlik idi”. 

 

Senzor.az bildirir ki, REAL Təhlil İnformasiya Mərkəzinin rəhbəri Mir Şahin Ağayevin dünən axşam REAL TV-də yayımlanan populyar “Zaman Vüsal Məmmədovla” proqramında efirə gedən “Məsuliyyət çatışmazlığı sindromu” reportajı bu sözlərlə başlayır.

 

Tanınmış jurnalist dərhal da xəbərdarlıq edir ki, bu saat statistik təfərrüatları danışmaq niyyətində deyil: “Sadəcə bir neçə misalla göstərəcəm ki, nədən and içib dövləti, xalqı qəbul etmiş Prezident və Ali Baş Komandan Əbülfəz Elçibəy elə o dövləti, o xalqı öz postuqarışıq qoyub qaçmışdı? Nədən onun komandasının üzvləri Azərbaycan dövlətinin ən ağır günündə öz səlahiyyətlərini dondurmaqla faktiki olaraq müqavimətsizlik mövqeyi tutmuşdular? Nədən ölkənin şimalında və cənubunda separatçılar Azərbaycana qənimət kimi girişmişdilər?”.

 

Bu və digər suallara cavab almaq, yaxın tariximizdə baş verənlərin əsl mahiyyətini və səbəblərini dəqiq bilmək  istəyirsinizsə, Ustad jurnalistin “Məsuliyyət çatışmazlığı sindromu” reportajına baxın.

 

Əmin ola bilərsiniz, baxdığınızda həm də başa düşəcək və görəcəksiniz ki, 31 il əvvəl bu günlər Azərbaycan Gəncədə niyə özünü ölümdən xilas etməyə çalışırmış... Və bu gün bizə kimlər yenə ən yaxşı halda Ukrayna, ən pis halda isə Suriya vəd edirlər... Onlardan daha vacibi isə bunu bilməyiniz olacaq: necə oldu ki, bütün həmin hərbi-siyasi təlatümlərdən və böhranlardan salamat çıxdıq və bu gün biz artıq Qalib Xalq kimi bütün dünya ilə birlikdə Azərbaycanda planeti xilas etmək haqda düşünürük... 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.