
Səhər saatlarından Ermənistanın müxtəlif şəhərlərində kütləvi həbs dalğası başlayıb.
“Sputnik Armeniya” bildirir ki, bu barədə vəkil Ruben Melikyan məlumat verib.
Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri Martuni, Qavar, Vanadzor, Ucan və İrəvanda etiraz hərəkatının tərəfdarlarını saxlayırlar.
Ötən gün “Daşnaksütyun”un Vayk və Yeqnadzordakı ofislərində axtarışlar aparılıb və bu partiyanın üzvləri saxlanılıb. Amma saxlanılanların dəqiq sayı məlum deyil.