İranın Ərdəbil vilayəti Azərbaycanla sərhəd-keçid məntəqəsini açır –
VALİ ŞƏXSƏN BƏYAN ETDİ
İran İslam Respublikasının Ərdəbil vilayəti Azərbaycanla sərhəd-keçid məntəqəsini açır. 

IRNA agentliyi xəbər verir ki, Ərdəbil valisi Hadi Ameli İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələrin, xüsusilə malların tranziti sahəsində əlaqələrin genişləndirilməsinə şərait yaratmaq məqsədi ilə vilayətin şimalında sərhəd keçid məntəqəsinin açıldığını elan edib.
 
"İranla Azərbaycan arasında əlaqələrin inkişafı ölkəmizin və şimal qonşumuzun sakinlərini narahat edən məsələlərdən biridir və bu məsələ iki ölkə prezidentlərinin görüşündə də müzakirə olunub", - vali deyib.
 
Ameli həmçinin bildirib ki, ticarət əlaqələrini və malların tranzitini asanlaşdırmaq üçün əyalət yollarını genişləndirmək niyyətindədirlər: “Eyni zamanda Parsabad-Ərdəbil şəhər yolunun inkişafı hər iki ölkəyə böyük şəhərlərə çıxış yolu ilə ticarətini inkişaf etdirməyə imkan verəcək”. 
 
Onun sözlərinə görə, Aslanduz sərhəd-keçid məntəqəsinin açılması iqtisadiyyat və sərhəd əlaqələrinin çiçəklənməsi baxımından böyük əhəmiyyət kəsb edəcək.
 
Xatırladaq ki, İran hakimiyyəti qonşu ölkələrlə quru sərhədini bağlayıb. İran Gömrük İdarəsinin rəsmi nümayəndəsi bildirib ki, müvafiq dövlət orqanlarının qərarına uyğun olaraq, koronavirusun "omicron" ştamının yayılmasının qarşısının alınması məqsədilə dekabrın 25-dən etibarən qonşu dövlətlərlə quru sərhədi sərnişinlər üçün 15 gün müddətinə bağlı olacaq.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.