
Ukraynanın Azərbaycana yeni təyin olunmuş səfiri Yuri Qusev bir neçə gün əvvəl etimadnaməsini Prezident İlham Əliyevə təqdim edərək rəsmi fəaliyyətə başlayıb.
Senzor.az bildirir ki, Azərbaycanın rusdilli populyar Haqqin.az portalının rəhbəri, tanınmış araşdırmaçı-jurnalist Eynulla Fətullayev yeni səfirlə görüşüb və onunla geniş videosöhbət aparıb.
Qeyd edək ki, Yuri Qusev səfir təyin olunmazdan əvvəl müdafiə nazirinin müavini, böyük bir vilayətin qubernatoru və “Ukroboronprom”un rəhbəri vəzifələrində çalışıb. Maraqlıdır, Prezident Volodimir Zelenski Qusevi niyə vəzifəsindən uzaqlaşdırmaq qərarına gəlib və o, Bakıya hansı missiya ilə göndərilib?
Səfir Prezident İlham Əliyevlə nələr barədə danışıb?
Bəs Azərbaycan Türkiyə ilə birlikdə Rusiya-Ukrayna nizamlanmasında vasitəçi ola bilərmi?
Cəbhədə vəziyyət necədir və Ukrayna Makronun gedişi və Trampın revanşı halında Qərbin köməyi olmadan hərbi əməliyyatların yüksək intensivliyinə tab gətirə biləcəkmi?
Səfir Y.Qusev E.Fətullayevin bunlar da daxil olmaqla, bütün suallarını cavablandırıb və nəticədə olduqca maraqlı söhbət alınıb.
Senzor.az mövzunun və toxunulan məsələlərin aktuallığını nəzərə alaraq həmin videosöhbəti öz oxucularına təqdim edir.