Gürcüstanın dördüncü prezidenti Saakaşvili ilə görüşdü və onu... “SİYASİ MƏHBUS” ADLANDIRDI
FOTO
Gürcüstanın dördüncü prezidenti Giorgi Marqvelaşvili Qori şəhərindəki hərbi hospitalda sələfi Mixail Saakaşvilini ziyarət edib.
 
Məlumatı “Anadolu” yayıb.
 
Marqvelaşvili bildirib ki, o, məhbusla ölkədə və regiondakı geosiyasi vəziyyəti müzakirə edib.
 
Görüş hazırki prezident Salome Zurabaşvilinin hakim və müxalifət partiyalarıyla birgə irəli sürdüyü ölkədə siyasi gərginliyin azaldılmasına yönəlmiş Milli Barışıq Təşəbbüsü çərçivəsində baş tutub.
 
Yerli medianın tarixi adlandırdığı danışıqlar təxminən üç saat davam edib.
 
Görüşdən sonra Marqvelaşvili jurnalistlərə müsahibəsində Saakaşvilini “siyasi məhbus” adlandırıb. Siyasətçi bildirib ki, onlar ölkədə siyasi gərginliyin azaldılması və Gürcüstana təsir edə biləcək regional problemlərin qarşısının alınması yollarını müzakirə ediblər. “Biz Rusiya, geosiyasət və ölkənin üzləşdiyi problemlər barədə danışdıq”, - deyə eks-prezident bildirib. 
O xatırladıb ki, Saakaşvili ilə müxtəlif məsələlərdə fikir ayrılıqları olub və bu, ictimaiyyətə yaxşı məlumdur.
 
Qeyd edək ki, keçmiş prezident Marqvelaşvili 2015-ci ildə Saakaşvilini Gürcüstan vətəndaşlığından məhrum edən fərmanı təsdiqləyib. Qərar Saakaşvilinin Ukraynada qubernator vəzifəsinə keçməsindən az sonra qəbul edilib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.