Rusiya Prezidenti Vladimir Putin Ermənistan ətrafında yaranmış vəziyyətə görə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkini təxminən 10 dəqiqə danlayıb.
Senzor.az bildirir ki, bu barədə Rusiya hakimiyyətinə yaxın “Kremlevskaya tabakerka” teleqram kanalı məlumat yayıb.
Xəbər verildiyi kimi, İrəvan iyulda Vaşinqtonda baş tutacaq NATO sammitinə öz nümayəndə heyətini göndərəcəyini təsdiqləyib. Ermənistan və Azərbaycan NATO tərəfdaşları kimi tədbirdə xarici işlər nazirləri səviyyəsində təmsil olunacaqlar.
Putin bildirib ki, Xarici Kəşfiyyat Xidməti Qafqazla bağlı verilən bütün tapşırıqların öhdəsindən gəlmir və onun fikrincə, bunda şəxsən Narışkinin günahı var.
Xarici kəşfiyyat rəhbəri NATO sammitinin “əhəmiyyətsiz hadisə olduğunu” izah etməyə çalışsa da, Putin buna belə cavab verib: “Ancaq indi Ermənistan düşmənlərimizlə bir masa arxasında oturur. Əslində bu, bizim də düşmənimizdir”.
Teleqram kanalı onu da qeyd edib ki, bunula belə, Rusiya Prezidenti Azərbaycan haqqında heç bir söz deməyib.
Senzor.az