Fələstin lideri ötən gecə İsrail müdafiə nazirinin evinə getdi
2,5 SAATLIQ QAPALI DANIŞIQLAR
İsrailin müdafiə naziri Benni Qantz Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbasla görüşüb.
 
“Haber Global” xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin Mətbuat İdarəsi məlumat yayıb.
 
Məlumatda bildirilir ki, qapalı görüş ötən gecə Benni Qantz Roş Haayindəki evində baş tutub. Görüş zamanı həm təhlükəsizlik, həm də mülki sahələrdə müxtəlif məsələlər müzakirə edilib: "Görüş təxminən 2,5 saat davam edib. İsrailin müdafiə naziri Fələstin rəhbərinə etimad yaradan hərəkətlərini davam etdirməyə hazır olduqlarını bildirib".
 
İsraillə əlaqələrə məsul olan Fələstin Mülki İşlər İdarəsinin rəhbəri, nazir Hüseyn əl-Şeyx də “Tvitter” hesabında Mahmud Abbasın Benni Qantzla görüşdüyünü təsdiqləyib.
 
Beynəlxalq ictimaiyyətin qərarları istiqamətində siyasi üfüqün açılması imkanlarının müzakirə edildiyini qeyd edən Hüseyn əl-Şeyx təhlükəsizlik, iqtisadi və humanitar mövzular, xüsusilə İordan çayının qərb sahilində yəhudi məskunlaşanların təcrübələri səbəbindən yaranan gərginliyin müzakirə edildiyini vurğulayıb.
 
“Report” xatırladır ki, daha əvvəl İsrail Prezidenti İsaak Herzoq Fələstin hakimiyyətini əlaqələri yenidən qurmağa çağırıb. O bildirib ki, özünün və İsrailin müdafiə naziri Benni Qantzın Fələstinin rəhbəri Mahmud Abbasla bir araya gəlməsi münasibətlər üçün əhəmiyyətli addımdır. İsrail Prezidentinin sözlərinə görə, Fələstin rəhbərliyi ilə əlaqələr doğru addımdır və ölkəsinin təhlükəsizliyinə faydalı olacaq.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.