Ermənilər Ağdamda atəş açdı: "BAKCELL" MMC-nin ƏMƏKDAŞI YARALANDI
YENİLƏNİB, FOTO
Dekabrın 29-u saat 16 radələrində, Ağdam rayonunun işğaldan azad edilən "Yeddi xırman" adlanan ərazisində 1993-cü il təvəllüdlü, Bakı şəhər sakini Rəhimli Anar Məhəmməd oğlunun odlu silahdan açılmış atəş nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Senzor.az Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadən bildirir ki, ilkin araşdırmalarla "Bakcell" MMC-nin əməkdaşı Anar Rəhimlinin qeyd edilən ərazidə xidməti vəzifələrini icra edərkən erməni silahlı qüvvəlləri tərəfindən atəşə tutulması nəticəsində xəsarət alması müəyyən edilib.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd), 29, 120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürməyə cəhd), 228.3-cü (qanunsuz olaraq odlu silah, partlayıcı maddə əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) və digər maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

**00:34

Qanunsuz erməni silahlı qruplaşması Ağdamda "Bakcell" MMC-nin əməkdaşını atəşə tutub.
 
Oxu.az xəbər verir ki, hadisə dekabrın 29-da Ağdamın işğaldan azad edilmiş “Yeddi xırman” adlanan ərazisində qeydə alınıb. 
 
Belə ki, ərazidə peşə fəaliyyəti ilə məşğul olan 1993-cü il təvəllüdlü, Bakı şəhər sakini Rəhimli Anar Məhəmməd oğlu erməni silahlıları tərəfindən atəşə tutulub. 
 
Nəticədə A.Rəhimli qolundan güllə yarası alıb. Yaralı xəstəxanaya çatdırılıb. Onun həyati təhlükəsinin olmadığı bildirilib.















Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.